CƏMİYYƏT
DİN: Qadının çantasından oğurluq edən şəxslər “isti izlər”lə saxlanılıb
Bakı, 17 may, AZƏRTAC
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini C.Sultanova mayın 16-da çantasından içərisində 120 manat və şəxsiyyət vəsiqəsi olan pulqabısının oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Şöbə əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən iki nəfər qısa müddətdə müəyyənləşdirilərək saxlanılıb.
Onların Bakı şəhər sakini, əvvəllər quldurluğa görə məhkum olunmuş Nizami Əkbərzadə və Mingəçevir şəhər sakini əvvəllər oğurluğa görə məhkum edilmiş Emil Məmmədov olduqları müəyyənləşdirilib.
Faktla bağlı 29-cu Polis Şöbəsində araşdırma aparılır.