CƏMİYYƏT


DİN: Ümumi çəkisi 25 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə dövriyyədən çıxarılıb

Bakı, 5 yanvar, AZƏRTAC 

Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də ümumi çəkisi 25 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb.

Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan, əvvəllər məhkum olunmuş Şahin Əliyevdə 14 qramdan artıq marixuana aşkarlanıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən əlavə olaraq 22 kiloqram 450 qram marixuana götürülüb.

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşları əməliyyat tədbirləri ilə Kimyaçılar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rafiq Ramazanovdan 480 qram marixuana götürüblər.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sərdar Valeyevdən 451 qramdan artıq heroin aşkarlanıb.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fəxrəddin Şəfiyevin üzərindən və Zizik kəndindəki evindən 442 qram marixuana müəyyən ediblər.

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakinləri Kamran Məmmədovdan 430 qramdan artıq, əvvəllər məhkum olunmuş Sahib Mahmudovdan isə 425 qram marixuana götürüblər.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.