CƏMİYYƏT


DİN: Xəzər rayonunda baş verən avtobus qəzasında iki nəfər ölüb, 41 nəfər xəsarət alıb

Bakı, 2 oktyabr, AZƏRTAC 

Daxili İşlər Nazirliyi (DİN) Xəzər rayonunun Binə qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 1-də saat 14 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əlixan Şirəliyev idarə etdiyi “Daewoo” markalı 160 saylı xətt avtobusunu qorunan keçiddə hərəkətdə olan elektrovoza vurub. Nəticədə sürücü və 42 sərnişin xəstəxanaya yerləşdirilib. Onlardan Şakir Əliyevin və Yusif Dadaşzadənin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.