CƏMİYYƏT


DİN işğaldan azad olunmuş ərazilərə getməməklə bağlı vətəndaşlara xəbərdarlıq edib

Bakı, 17 may, AZƏRTAC

Daxili İşlər Nazirliyi (DİN) işğaldan azad olunmuş ərazilərə getməməklə bağlı növbəti dəfə vətəndaşlara xəbərdarlıq edib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, icazə olmadan nəzarət postlarından kənar yollarla həmin ərazilərə keçmək istəyənlər olur.

Qeyd edilib ki, vətəndaşlardan təhlükənin mövcudluğunu nəzərə alaraq müvafiq icazə olmadan, işğaldan azad olunmuş ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.