CƏMİYYƏT
DİN: ötən gün ərzində 35 cinayətin üstü “isti izlər”lə açılıb
Bakı, 19 fevral, AZƏRTAC
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 35 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4 nəfər, borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, iki nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.