CƏMİYYƏT
DİN: ötən gün ərzində törədilmiş 49 cinayətin üstü “isti izlər”lə açılıb
Bakı, 24 aprel, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) aprelin 23-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü “isti izlər”lə açıblar.
Əvvəlki dövrlərdən bağlı qalmış beş cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 48 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş bir yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 35 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.