CƏMİYYƏT


DİN tərbiyəçi ilə valideyn arasında baş verən insidentlə bağlı yayılan görüntülərə münasibət bildirib

Bakı, 19 yanvar, AZƏRTAC

Daxili İşlər Nazirliyi (DİN) tərbiyəçi ilə valideyn arasında baş verən insidentlə bağlı sosial şəbəkələrdə və bəzi saytlarda yayılan görüntülərə münasibət bildirib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin hadisə yanvarın 16-da Xətai rayonunda yerləşən 3 saylı uşaq evində baş verib. Hadisə ilə bağlı artıq Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində təhqiqat araşdırmalarına başlanılıb.

“İnsidentin iştirakçısı - uşaq evinin əməkdaşı G.Nağıyeva polis şöbəsinə dəvət edilib və onun izahatı alınıb. Qarşı tərəfin də hadisə ilə bağlı izahatı alınandan, eləcə də təyin edilən ekspertizaların nəticəsi məlum olandan sonra hadisəyə hüquqi qiymət veriləcək və valideynlə uşaq evinin əməkdaşı arasında baş verən insidentin səbəbləri müəyyənləşəcək”, - deyə nazirliyin mətbuat xidmətinin açıqlamasında qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.