CƏMİYYƏT


DMX kiçik xüsusi rütbələr və dövlət qulluğunun yardımçı vəzifələrinə işə qəbul elan edir

Bakı, 17 iyul, AZƏRTAC

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycan Respublikasının vətəndaşları üçün kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə və dövlət qulluğunun yardımçı vəzifələrinə işə qəbulla əlaqədar müsahibə elan edir.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası vətəndaşları Şəki, Şirvan (İmişli “ASAN xidmət” mərkəzi), Ağsu və Yevlax regional miqrasiya idarələrinin hər birində baş mütəxəssis vəzifəsinə iki yer üçün müsahibəyə dəvət olunurlar. Bundan başqa, Ağsu regional miqrasiya idarəsində kiçik inspektor-mühafizəçi vəzifəsinə bir, Yevlax regional miqrasiya idarəsində isə kiçik inspektor-mühafizəçi və kiçik inspektor-kargüzar vəzifələrinin hərəsi üçün bir yerlə əlaqədar müsahibə elan edilib.

Ümumilikdə 11 vakant vəzifəni tutmaq məqsədilə keçiriləcək müsahibə zamanı ümumi dünyagörüşünə, həmçinin özünü təqdimetmə, kollektivdə işləmək, problem həlletmə, yaradıcılıq və təşəbbüskarlıq xüsusiyyətlərinə, kompüter və xarici dil biliklərinə malik olan şəxslərə üstünlük verilir.

Şərtlərə uyğun gələn, müsahibədə iştirak etməyi arzulayan şəxslər vakant olan yalnız bir vəzifəyə işə qəbul edilməsi üçün ərizə ilə müraciət edərək kadrlar uçotunun şəxsi vərəqəsi (baş mütəxəssis, kiçik inspektor), ərizə, şəxsiyyət vəsiqəsinin, təhsil haqqında sənədin, hərbi biletin (kişilər üçün) və əmək kitabçasının (olduğu təqdirdə) surətlərini təqdim etməlidirlər.

Müsahibədə iştirak etmək üçün sənədlər iyulun 17-dən avqustun 17-dək hər gün (şənbə və bazar günlərindən başqa) saat 09.00-dan 17.00-dək Dövlət Miqrasiya Xidmətinin aparatında (ünvan: AZ 1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şosesi 202) və ya elektron qaydada (migration.gov.az) qəbul olunur. Əlaqə nömrəsi: (012) 562-53-01.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.