CƏMİYYƏT


“DNA” qəzetində İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlı əsgərlərin axtarılmasına dair məqalə dərc olunub

Paris, 20 sentyabr, AZƏRTAC

Elzas regionu “DNA”(Elzasın son xəbərləri) qəzetində “Strasburqlu itkin düşmüş azərbaycanlı əsgərləri axtarır!” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə İkinci Dünya müharibəsi dövründə bu regionda həlak olmuş 10 azərbaycanlı əsgər haqqında tədqiqat aparıldığı bildirilir.

Strasburqda fəaliyyət göstərən “Kəpəz” nəşriyyat evinin rəhbəri Nicat Kazımovun azərbaycanlı əsgərlərlə bağlı məlumat axtarışında olduğu qeyd edilib.

Bildirilib ki, II Dünya müharibəsi dövründə Fransada 518 qəbiristanlıqda 9 661 sovet əsgəri dəfn edilib. Onların arasında azərbaycanlı əsgərlər də var.

Axtarışların sonunda N. Kazımovun müvafiq kitab çap edəcəyi diqqətə çatdırılıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.