DÖLƏT PROQRAMININ HƏYATA KEÇİRİLMƏSİ SÜRƏTLƏNDİRİLİR
AzerTAg.az
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ölkə başçısının imzaladığı “Azərbaycan Respublikası regionlarının sosial -iqtisadi inkişafı” Dövlət Proqramı”nın həyata keçirilməsini sürətləndirmək məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Gəncədə fəaliyyət göstərən regional şöbəsində kiçik və orta sahibkarlığın inkişafında mövcud vəziyyəti və iş adamlarının qayğılarını öyrənmək məqsədilə müşavirə keçirilmişdir. Müşavirədə şöbənin rəisi Azər Muradovun proqramın hayata keçirilməsi ilə bağlı görülən işlərdən və qarşıda duran vəzifələrdən bəhs edən məruzəsi dinlənlənilmiş, müzakirələr başlamışdır. Canlı dialoq şəklində keçən müzakirələrdə iş adamları Proqramın əhəmiyyətindən və onun həyata keçirilməsi istiqamətində həllivacib məsələlərlə bağlı arzu və təkliflərini bildirmişlər.
Verilən təkliflərin öyrənilməsi ilə bağlı işçi qrupu yaradılmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var