REGİONLAR


DÖL KAMPANİYASI MÜVƏFFƏQİYYƏTLƏ BAŞA ÇATMIŞDIR

Qax rayonunun fermer təsərrüfatlarında qoyunçuluqda ən məsul dövr olan quzulama dövrü-döl kampaniyası müvəffəqiyyətlə başa çatmışdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, heyvandarlar bu məsul kampaniyada əvvəlki illərə nisbətən daha yüksək nəticə əldə etmiş, hər 100 ana qoyundan, orta hesabla 92 baş bala almışlar. Ayrı-ayrı təsərrüfatlarda bu göstərici daha yüksək olmuşdur. Qaxbaş kəndindən olan fermer Eynulla Qasımovun, ilisulu fermerlər Ayaz Seydəliyevin, Rəhman Musayevin, Qaşqaçay kənd sakini Şövkət Babayevin rəhbərlik etdiyi təsərrüfatlarda hər 100 ana qoyundan orta hesabla, 95-96 baş sağlam quzu əldə edilmişdir.
Qoyun sürüləri və yeni doğulan quzular gümrahdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.