İDMAN
“DONBASS KUBOKU” TURNİRİNDƏ İŞTİRAK EDƏCƏK AZƏRBAYCAN BOKSÇULARININ ADLARI AÇIQLANMIŞDIR
Ukraynanın Donetsk şəhərində gənclər arasında boks üzrə beynəlxalq “Donbass kuboku” turnirində çıxış edəcək Azərbaycan idmançılarının adları açıqlanmışdır.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yarışda respublikamızın idman şərəfini baş məşqçi Şamil Əlimzanov və məşqçi Nəriman Abdullayevin rəhbərliyi ilə, Elgün Əhmədov (48 kq), Elnur Əliyev (54 kq), İsmət Eynullayev (57 kq), Famil Süleymanov (60 kq), Aqil Quliyev (64 kq), Hafiz İskəndərov (75 kq), Asim İskəndərov (81 kq) və Rüstəm Şamilov (91 kq) qoruyacaqlar.
Xatırladaq ki, Azərbaycan boksçuları Rusiyanın Noqinsk şəhərində beynəlxalq turnirdə iştirak etməli idilər. Lakin bu yarış ləğv olunduğundan, dəri əlcək ustalarımız gücünü Ukraynada sınayacaqlar.