SİYASƏT
DONETSK AZƏRBAYCANLILARININ MƏDƏNİYYƏT GÜNLƏRİ KEÇİRİLMİŞDİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, 1200 nəfərdən artıq soydaşımızın toplaşdığı mərasimdə Donetsk və Lenin rayonlarının merləri, Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev, Dövlət Komitəsinin əməkdaşları, Ukrayna Azərbaycanlıları Konqresinin Luqansk vilayət regional təşkilatının, bu şəhərdə yaşayan azsaylı xalqların nümayəndələri, Ukraynadakı türk din xadimləri iştirak etmişlər.
Səfir Tələt Əliyev qarşıdan gələn prezident seçkiləri barədə iştirakçılara ətraflı məlumat vermişdir.
Donetsk şəhərinin meri Aleksandr Litovçink isə öz çıxışında Prezident Heydər Əliyevin Azərbaycanda gördüyü işlərdən danışmış, bunun nəticəsində ölkəmizin iqtisadi cəhətdən qüdrətli dövlətə çevrildiyini bildirmişdir. Mer, eyni zamanda seçkilərdən sonra da Ukrayna-Azərbaycan əlaqələrinin sürəti inkişafına ümid etdiyini demişdir.
Tədbir konsert proqramı ilə başa çatmışdır.