İDMAN
DÖRD FRANSIZ ALPİNİSTİ HƏLAK OLMUŞ, İKİSİ İSƏ AĞIR YARALANMIŞDIR
İtaliyanın şimal-qərb hissəsində 4000 metr hündürlüyü olan Mon Roza dağının zirvəsini fəth etmək istəyən fransız alpinistləri vəd olunmuş vaxtda öz düşərgələrinə qayıtmamışlar. Xilasedicilər mobil telefonun köməyi ilə onlarla əlaqə yaratmaqa cəhd göstərsələr də, bu, baş tutmamışdır.
Xilasedicilər belə pis hava şəraitində alpiristlərin özlərinə bir sığınacaq tapacaqlarına ümidvar olduqlarını bildirmişlər.
İyulun 9-da əlverişli hava şəraitindən istifadə edən xilasedicilər sübh tezdən vertolyotlarla itkin düşmüş alpinistlərin axtarışına başlamış və dağın 3500 metr hündürlüyündə buzlar arasında dörd alpinistin meyitini və iki nəfəri ağır yaralı vəziyyətdə tapmışlar.
Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılmış və onlara təcili tibbi yardım göstərilmişdir.