RƏSMİ XRONİKA


DOSTLUQ ƏNƏNƏLƏRİMİZ YAŞAMALIDIR

Azərbaycan Prezidenti Heydər Əliyevin Sankt-Peterburq bələdiyyə rəisi Anatoli Sobçak ilə görüşü səmimilik şəraitində keçdi. Müsahiblər Bakı ilə Sankt-Peterburq arasındakı dostluqdan, iqtisadi əlaqələrdən və bu günədək davam edən mədəni mübadilə ənənələrindən, elm və təhsil sahəsindəki əməkdaşlıqdan danışdılar.

Görüşün sonunda A.Sobçak Azərbaycan Prezidentini Sankt-Peterburqa dəvət etdi. Heydər Əliyev dəvət üçün təşəkkürünü bildirdi və öz növbəsində A.Sobçakı Bakıya dəvət etdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin