CƏMİYYƏT


DOST Agentliyinə könüllülərin seçimi keçirilib

Bakı, 12 aprel, AZƏRTAC

DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və “DOST” mərkəzlərində könüllülük fəaliyyətinin təşkili prosesinə start verilib.

Bu sahədə işlər nazirlik və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlığa dair 2018-ci il 28 avqust tarixində imzalanmış Memorandum əsasında aparılır. ASAN Könüllülük Məktəbinin “Master 2” proqramı çərçivəsində DOST Agentliyində təcrübə keçəcək könüllülərin seçimi keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, müsahibədə iştirak edən namizədlərin şəxsi keyfiyyətləri və müxtəlif sahələr üzrə bilik və bacarıqları qiymətləndirilib və onların sırasından təcrübə keçmək üçün 20 nəfər seçilib.

“DOST könüllüləri” tezliklə fəaliyyətə başlayacaq. Könüllülər “DOST” Mərkəzində göstərilən xidmətlərdən yararlanmaq üçün müraciət edən vətəndaşlara prosedurları və qaydaları başa salacaq, onlara ərizə və anketlərin yazılmasında yardım edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.