CƏMİYYƏT


DOST Agentliyinin təcrübəsi daha bir beynəlxalq konfransda təqdir olunub

Bakı, 18 avqust, AZƏRTAC

Qazaxıstanın Almatı şəhərində Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası (BPSFA) tərəfindən təşkil olunan konfrans keçirilir. “BPSFA – 30 il” mövzusundakı beynəlxalq konfransda ölkəmizi DOST Agentliyinin Məlumatların idarə edilməsi və təhlil departamentinin müdiri Şahin Zülfüqarov təmsil edir.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, həmyerlimiz konfransda DOST-un fəaliyyəti, 4 il ərzində əldə etdiyi uğurlar və innovativ təcrübələr barədə çıxış edib. O, "Xidmətlərin göstərilməsində innovativ yanaşma" adlı təqdimatda DOST konsepsiyası, xidmətlər və innovativ yanaşmalar haqqında ətraflı məlumat verib.

Sosial xidmətlər sahəsində texnoloji həllər konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb və Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında DOST təcrübəsinin əhəmiyyətli olduğu vurğulanıb. Həmin təcrübənin digər MDB ölkələrində də uğurla tətbiq edilə biləcəyi qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.