CƏMİYYƏT
DOST əməkdaşları evdə sosial xidmət göstərilən 90 yaşlı sakini ziyarət ediblər
Bakı, 30 avqust, AZƏRTAC
2 saylı Bakı DOST Mərkəzinin əməkdaşları Pirallahı rayonunda yaşayan və evdə səyyar sosial xidmət göstərilən Gülsüm Çumarinanı 90 illik yubileyi münasibətilə ziyarət ediblər.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, DOST Mərkəzinin direktoru Emin Namazəliyev onu mərkəzin kollektivi adından təbrik edib və ən xoş arzularını çatdırıb.
Ziyarətdən məmnun qalan Gülsüm xanım ona göstərilən diqqətə görə DOST Agentliyinin rəhbərliyi və bütün əməkdaşlarına minnətdarlığını bildirib.
Qeyd edək ki, Gülsüm Çumarinaya 2020-ci ildən etibarən 2 saylı Bakı DOST Mərkəzi tərəfindən sosial xidmət göstərilir. Mərkəzin sosial xidmətçiləri tərəfindən vətəndaşa yemək hazırlanması, zəruri ərzaq və məişət mallarının alınması, həkimin təyinatı ilə aptekdən dərman alınması, kommunal xərclərin ödənilməsi və digər xidmətlər təqdim edilir.