CƏMİYYƏT


“DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsi” təsdiq olunub

Bakı, 24 may, AZƏRTAC

“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanının 7.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti “DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsi”ni təsdiq edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun imzaladığı Qərarda mərkəzin fəaliyyətinin məqsədi və istiqamətləri, onun vəzifələri və hüquqları, idarə olunması, nizamnamə fondu, əmlakı və maliyyə-təsərrüfat fəaliyyəti, həmçinin mərkəzin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi, mərkəzdə uçot və hesabat, mərkəzin yenidən təşkili və ləğvi ilə bağlı müddəalar əks olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.