İQTİSADİYYAT
DÖVLƏTƏ BİR AYDA 349 MİLYON KUBMETRDƏN ARTIQ TƏBİİ QAZ TƏHVİL VERİLMİŞDİR
Azərbaycan Dövlət Neft Şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, cari ilin aprel ayında dövlətə 349,6 milyon kubmetr təbii qaz təhvil verilmişdir. Bu, proqnozlaşdırıldığından 16,7 milyon kubmetr çoxdur.
Qazın 280,6 milyon kubmetri şirkətin öz neft-qazçıxarma müəssisələrinin (müqavilə əsasında işləyən müştərək müəssisələr və əməliyyat şirkətləri daxil olmaqla), 69 milyon kubmetri isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin payına düşür.
Yanvar-aprel aylarında isə həmin qurumlar tərəfindən dövlətə 1 milyard 429,4 milyon kubmetr təhvil vermişdir ki, bu da nəzərdə tutulandan 86,5 milyon kubmetr çoxdur.