RƏSMİ XRONİKA
DÖVLƏTİMİZİN BAŞÇISININ QAYĞISI SEVİNDİRİR, RUHLANDIRIR VƏ İLHAMLANDIRIR
Respublikanın xalq artistləri Əminə Yusif qızı, Qərinə Kərimova, Mədinə Əliyeva, Hacı İsmayılov, əməkdar artistlər Teymur Mustafayev, Əlikram Hüseynov, Xanım Qafarova, Novruz Əliyev, Mənsum İbrahimov, Elmira Şabanova, professor Vaqif Əsədov, Gənc Tamaşaçılar Teatrının direktoru Kamal Əzizov, Kukla Teatrının direktoru Rəhman Quliyev və başqaları bildirirlər ki, bizdə dərin sevinc hissi doğuran təkcə o deyildir ki, Prezident mükafatları maddi durumumuzu yaxşılaşdıracaqdır. Əsasən ona görə sevinir və məmnunuq ki, bu mükafatları bizə müdrik bir insan, dünya miqyasında sayılıb-seçilən siyasi xadim, qətiyyəti, əzmi və iradəsi ilə örnək olan qüdrətli bir şəxsiyyət – sevimli Prezidentimiz Heydər Əliyev vermişdir. Məktubların hamısında belə bir yekdil fikir ifadə olunur: Qarşıdan gələn prezident seçkilərində Azərbaycanın mədəniyyət və incəsənət xadimləri ölkəmizin rəhbəri Heydər Əliyevin namizədliyini dəstəkləyəcək, yalnız ona səs verəcəklər.