Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

DÖVLƏTİMİZİN MƏQSƏDİ AZƏRBAYCANIN İQTİSADİ POTENSİALINI GÜCLƏNDİRMƏK, SABİTLİYİ QORUMAQ VƏ XALQIMIZIN DAHA YAXŞI YAŞAMASI ÜÇÜN ŞƏRAİT YARATMAQDIR
GÖYÇAY RAYONU İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz bacılar və qardaşlar! 

Əziz göyçaylılar!

Mən sizin hamınızı ürəkdən salamlayıram, sizi öpürəm, bağrıma basıram.

Mən çox şadam ki, Göyçay çox sürətlə inkişaf edir. Bu gün burada tanış olduğum müəssisələrin fəaliyyəti mənə çox gözəl təsir bağışladı. Yeni iş yerlərinin açılması, yeni, müasir müəssisələrin istismara verilməsi bizim əsas prioritet məsələlərimizdir. Mən çox sevinirəm ki, Göyçayda geniş quruculuq, abadlıq işləri gedir, yeni iş yerləri açılır, yeni müəssisələr istismara verilir. Şəhər abadlaşır, gözəlləşir, yeni parklar salınır, insanlara diqqət artır.

Burada deyildi, mən icra hakimiyyəti başçısının fəaliyyətini qeyd etmək istəyirəm. Doğrudan da bu fəaliyyətin nəticəsində böyük işlər görülür və bu onu göstərir ki, yerlərdə iş görmək mümkündür. Hər şey mərkəzdə həll edilmir. Mərkəzdə, Bakıda qlobal, prinsipial məsələlər həll olunur. Bizim siyasətimizin əsas istiqamətləri - proqramlar, sosial-iqtisadi, regional inkişaf proqramları, digər proqramlar tərtib olunur, təsdiq edilir. Ancaq onların icrası, həm də yerli icra orqanlarının fəaliyyətindən asılıdır. Harada iş var, iş gedir, orada nəticə də var.

Mən son müddət ərzində Azərbaycanın müxtəlif rayonlarının icra hakimiyyəti başçılarını vəzifədən azad etdim. Yeni insanları vəzifəyə təyin elədim və gördüm ki, inkişaf başladı. Geniş quruculuq, abadlıq işlərinə təkan verildi. Amma Göyçayda icra hakimiyyətinin başçısı artıq bir neçə ildir işləyir və mən bilirəm ki, yaxşı işləyir. Ona görə onu dəstəkləyirəm. Bu gün də buraya gəlmişəm və görürəm ki, həqiqətən böyük işlər görülür. Gələcəkdə daha böyük işlər görülməlidir. Bizim planlarımızda bunların hamısı var. Amma bunları etmək üçün ilk növbədə iqtisadiyyat güclənməlidir. Ona görə bizim əsas diqqətimiz bu sahəyə yönəlibdir: iqtisadi inkişaf, yeni iş yerlərinin açılması, iqtisadi potensialın güclənməsi. Bütün bunlar biri-birilə bağlı olan məsələlərdir. İnkişaf olan yerdə iş yeri də açılır. İş yeri olan yerdə yüksək maaş da verilir. İnsanlar daha da yaxşı yaşayır. Vergilər ödənir, Azərbaycanın büdcəsi artır. Yəni bu, zəncirvari bir prosesdir.

Əgər Azərbaycanın son müddət ərzindəki inkişafına nəzər salsaq görərik ki, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməl üzərində bütün istiqamətlərdə inkişaf göz qabağındadır. Yeni müəssisələr açılır, Azərbaycan iqtisadiyyatı ən yüksək sürətlə inkişaf edir. Bu il Azərbaycan iqtisadi inkişaf sürətinə görə dünyada birinci ölkə olacaqdır. Son ilyarım ərzində Azərbaycanda 220 mindən artıq iş yeri açılıbdır. Bunların tam əksəriyyəti bölgələrdədir. Minimum əmək haqqı 3 dəfə qaldırılıb, digər sosial müavinətlər artırılır və bu proses davam etdirilir. Biz hər gün, hər ay, hər il bu müsbət dəyişiklikləri görməliyik və əminəm ki, görəcəyik.

Regionların sosial iqtisadi-inkişaf proqramı icra edilir. Mən bu proqramı hələ prezident seçkiləri ərəfəsində bəyan etdim, onun əsas istiqamətlərini xalqa çatdırdım və bu gün o icra olunur. Bu bir daha göstərir ki, bizim sözümüzün arxasında real əməllər var, real işlər var. Heç vaxt söz naminə, populist bir vəd naminə iş görmürük. Yalnız real siyasət, yalnız həqiqi işlər, əməli-praktiki işlər var ki, Azərbaycanın bütün bölgələrində yaşayan hər bir insan bunu hiss etsin. Bu istiqamətdə işləri davam etdirəcəyik.

Mən şübhə etmirəm ki, Heydər Əliyevin əsəri olan və bu gün onun adını daşıyan, tikilib istismara verilməkdə olan Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşəndən sonra ölkə daha da zənginləşəcəkdir. Ölkəmizə daha böyük həcmdə vəsait gələcək və biz bu vəsaitdən səmərəli istifadə edəcəyik. Bu il və gələn il Azərbaycanın müxtəlif bölgələrində 52 kiçik elektrik stansiyası quraşdırılacaqdır. Məqsəd qoyulub ki, Azərbaycanda işıq problemi aradan götürülməlidir. İstənilən vaxtda, istənilən yerdə hər bir vətəndaş düyməni basıb işığı yandırmalıdır.

Qaz təchizatı yaxşılaşmalıdır. Digər məsələlər - abadlıq, quruculuq işləri genişlənəcəkdir. Bu gün qeyd olundu, Azərbaycanın Göyçay kimi gözəl, qədim şəhərində Olimpiya kompleksinin tikilməsi, hesab edirəm ki, çox vacibdir və biz buna nail olacağıq.

İqtisadi inkişaf, sosial sahəyə diqqət, pensiyaların, maaşların, sosial müavinətlərin artırılması, iqtisadi potensialın güclənməsi, ordunun güclənməsi, xarici siyasətdə qəti mövqeyimiz, Azərbaycanın bölgədəki mövqelərinin möhkəmlənməsi, Azərbaycanın dünya birliyində daha möhkəm yer tutması üçün biz çalışırıq. Mən Prezident kimi öz vəzifəmi bunda görürəm. Xalqa xidmət etməkdə görürəm. Bütün məmurlardan, vəzifəli şəxslərdən, o cümlədən icra hakimiyyətinin başçılarından da tələbim bundan ibarətdir. Biz xalqın xidmətçiləriyik. Xalq bizi ona görə seçib və etimad göstərir ki, ona ləyaqətlə qulluq edək, xidmət edək.

Mən bütün bölgələri gəzirəm. Çoxdan istəyirdim ki, Göyçaya da gəlim, sizinlə görüşüm və çox şadam ki, bu gün mənim arzum gerçəkləşir. Sizi görəndə, sizinlə ünsiyyətdə olanda, buradakı əhval-ruhiyyəni, abadlıq işlərini görəndə mənim ürəyim açılır, sevinir. Problemlər də var və az deyildir. Yoxsulluğun aradan qaldırılması bir nömrəli problemdir. İlyarım bundan əvvəl Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faiz idi. İndi 40 faizdir. Amma yenə də çoxdur. Nə üçün belə olmalıdır? Nəyə görə Azərbaycan xalqının 40 faizi yoxsulluq şəraitində yaşamalıdır? Biz bununla barışa bilmərik. Amma bunun obyektiv səbəbləri var. 1990-cı illərin əvvəllərindəki iqtisadi böhran, tənəzzül Azərbaycanın iqtisadiyyatını çökdürdü, müəssisələr dayandı, təsərrüfat əlaqələri pozuldu. Faktiki olaraq, ölkə iflic vəziyyətində idi. Bir yandan da sabitlik pozulmuşdu. Qanunsuz silahlı dəstələr meydan oxuyurdu. Digər tərəfdən, ermənilər torpaqlarımızı işğal edirdilər. Nəhayət, vətəndaş müharibəsi, qarşıdurma başlanmışdı. Bütün bu ağır şəraitdə xalqın tələbi ilə, sözün əsil mənasında, xalqın lideri hakimiyyətə gəldi və Azərbaycanı bu bəladan qurtardı.

Bu gün Azərbaycanın gələcək inkişafı üçün gözəl şərait var. Ona görə yoxsulluğun azaldılması, işsizliyin aradan götürülməsi prioritet məsələdir. Mən prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, 5 il ərzində Azərbaycanda 600 min iş yeri açılacaqdır. Buna bəziləri ciddi yanaşmaq istəmirdi, bəziləri inanmırdı, hesab edirdi ki, bu, bir vəddir. Çünki onların özlərinin verdiyi vədlərin hamısı sonra boşa çıxır. Amma bizim verdiyimiz vədlər bu gün artıq reallıqdır. 600 min iş yerindən indiyədək 220 mini açılıbdır. Bu hələ başlanğıcdır. Biz iqtisadi inkişaf proqramının, regional inkişaf proqramının əvvəlindəyik. Görün, Azərbaycana Bakı-Tbilisi-Ceyhan neft kəmərindən gələcək vəsait daxil olandan sonra bizi nələr gözləyir.

2006-ci il Azərbaycan üçün həlledici il olacaqdır. İqtisadiyyata çox güclü təkan veriləcəkdir. Bizim büdcəmiz artacaqdır. 2005-ci ildə büdcə 2004-cü ilə nisbətən 40 faiz artıbdır. 2006-cı ildə daha çox artmalıdır. Bizim büdcəmiz 3 milyard, sonra 4 milyard, 5 milyard dollar olmalıdır. Bizim görüləsi çoxlu işlərimiz var. Yeniləşmə aparılmalıdır, abadlıq işləri görülməlidir, infrastruktur yaranmalıdır, əmək haqları qaldırılmalıdır, iqtisadiyyat daha da inkişaf etməlidir. Bunu etmək üçün vəsait lazımdır. Onu da biz əldə edirik. Nə ilə? Siyasətlə, iqtisadi, siyasi islahatlarla, bizim neft strategiyamızın icrası ilə və digər önəmli tədbirlərlə. Bütün bunların mərkəzində bir amal, bir məqsəd dayanır: Azərbaycanın güclənməsi, qüdrətli dövlətə çevrilməsi, Azərbaycan xalqının rahat, firavan yaşaması.

Bu gün Azərbaycanda əmin-amanlıq, sabitlik, milli həmrəylik, milli birlik var, iqtidarla xalq arasında vəhdət var, inam var. Bu, reallıqdır. Lakin bunu həm ölkə daxilində, həm də xaricdə istəməyən qüvvələr də vardır. Amma onların fəaliyyəti bizim siyasətimizə heç vaxt təsir etməmişdir və etməyəcəkdir. Xalq özü bilir ki, kim kimdir. Kim vədlə, sözlə, hansısa reallığı əks etdirməyən proqramla çıxış edir, kim real işlə. Real iş olmalıdır. Daş daş üstünə qoyulmalıdır, abadlıq aparılmalıdır, bir ağac əkilməlidir. Heydər Əliyevin siyasətinin əsası bundadır. 1970-ci illərdə də belə idi.

1970-ci illərdə Göyçay abadlaşdı. Mən keçmişdə bir neçə dəfə Göyçayda olmuşam. Amma Prezident kimi ilk dəfə buradayam. Göyçayın inkişafı məhz o illərdə başlanmışdı.

Bu gün gördüyüm konserv zavodu, yaxud da süd zavodu, - hansılar ki, indi yeniləşib, dünya standartlarına uyğun müasir avadanlığı var, - onlar o illərdə tikilibdir. Heydər Əliyevin təşəbbüsü ilə o illərdə tikilən müəssisələr sonralar, 1990-cı illərdə səriştəsiz rəhbərlərin yarıtmaz fəaliyyəti nəticəsində dayanmışdı, işləmirdi. İndi onlar yenidən işə salınır. Yəni bu nəyi göstərir? Bu, bir meyildir, bir ənənədir və gərək biz bunu gücləndirək. Hərə öz yerində - Prezident, onun yerlərdəki nümayəndələri, icra hakimiyyətinin başçıları, məmurlar, vəzifəli şəxslər, cəmiyyətimiz, bir sözlə, biz hamımız. Azərbaycan bizim Vətənimizdir, əziz, doğma torpağımızdır, onun müstəqilliyi ən böyük sərvətimizdir. Biz fəxr edirik ki, müstəqil dövlətik. Sözün əsil mənasında, müstəqil dövlət kimi siyasət aparırıq. Bizim qonşuluğumuzda başqa ölkələr var. Hansı ki, adı müstəqildir, özü müstəqil deyil, başqa qüvvələrin, dairələrin, ölkələrin iradəsi ilə oturub-durur. Bizdə əsil müstəqillik var, öz siyasətimizi yalnız və yalnız xalqın iradəsinə, istəyinə əsaslanaraq həyata keçiririk. Heç kim bizə təsir edə bilməz. Bizim heç kimdən asılacağımız yoxdur. Ona görə gərək daha da güclənək. Güclənək ki, güclü ordu yaradaq. Güclü ordu yaradaq ki, torpaqlarımızı azad edək.

Sülh danışıqları gedəcəkdir. Mən hələ ümidliyəm ki, danışıqların müsbət nəticəsi mümkündür. Çünki son zamanlar Ermənistanla Azərbaycan arasında aparılan danışıqlarda müəyyən irəliləyiş var. Ümid edirəm ki, bu, daha da qabağa gedəcəkdir. Amma eyni zamanda düşmən bizim gücümüzü bilməlidir, gücümüzü hiss etməlidir və ondan qorxmalıdır. Bunun üçün güclü ordu yaranmalıdır. Bunu da edirik. Bu il orduya xərclər təxminən 2 dəfə də artıbdır. Gələn il, lazım olarsa, yenə də 2 dəfə artırarıq ki, bütün məsələləri öz istədiyimiz kimi həll edək.

 

Bizim istədiyimiz haqq-ədalətdir, başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpaqlarımızı da heç kimə verən deyilik. Ərazi bütövlüyümüzü bərpa etməliyik. Qaçqınlar, köçkünlər doğma torpaqlarına qayıtmalıdırlar. Əminəm ki, biz buna nail olacağıq.

Əziz bacılar və qardaşlar!

Bizim gücümüz birliyimizdədir, birgə fəaliyyətimizdədir. Bu gün bu birlik var. Azərbaycan xalqı həmrəylik nümayiş etdirir. Azərbaycan xalqı öz Prezidentinə etimad göstərir. Mən bunu hiss edirəm və buna arxalanıram. Mənim gücüm bundadır. Mən bunu hiss etdikcə, islahatları daha da inamla aparıram. Xarici siyasətimizi Azərbaycan xalqının maraqlarına uyğun şəkildə aparıram. Kiminsə maraqlarına uyğun yox, məhz Azərbaycan xalqının maraqlarına uyğun aparıram. Çünki bu, bizim torpağımızdır, Vətənimizdir. Azərbaycan xalqı bu torpaqda yaşayır və müstəqil Azərbaycan ən böyük sərvətimizdir.

Göyçayda görülmüş işlər məni razı salır, baxmayaraq ki, problemlər də var və onlar aradan götürülməlidir. İcra hakimiyyətinin başçısı mənə məruzə edəcək - əgər əlavə kömək lazımdırsa, abadlıq, quruculuq işlərinə, hansısa müəssisələrin yaranmasına, yolların salınmasına, elektrik xətlərinin çəkilməsinə əlavə vəsait lazımdırsa, mən bunu ayıracağam. Bu gün belə imkanlar var. Mən görəndə ki, iş var, necə deyərlər, daha da inamla kömək edirəm. Görəndə ki, iş yoxdur, bilirsən ki, ona nə qədər kömək etsən, vəsait ayırsan da havaya sovrulacaqdır. Burada isə iş gedir. Ona görə mən bunu bəyənirəm və dəstəkləyirəm.

Göyçaylılar həmişə, bütün zamanlarda Azərbaycanın müstəqil dövlət kimi yaşamasına böyük töhfələr vermişlər, bizim müstəqilliyimizin möhkəmlənməsi işində çox böyük işlər görmüşlər. Bu gün də göyçaylılar Azərbaycanın müstəqilliyinin, iqtisadi potensialının möhkəmlənməsi üçün böyük işlər görürlər. Mən buna görə sizə minnətdaram. Sizin hamınıza cansağlığı, uğurlar arzulayıram. Sağ olun.

(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və dəfələrlə gurultulu, sürəkli alqışlarla qarşılandı).

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib