Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

DÖVLƏTİN AQRAR SİYASƏTİNİ ƏKS ETDİRƏN ENSİKLOPEDİK NƏŞR
“HEYDƏR ƏLİYEV VƏ DÖVLƏTİN AQRAR SİYASƏTİ” KİTABI ÇAPDAN ÇIXMIŞDIR

Noyabrın 27-də Dövlət İqtisad Universitetində “Gənclik” nəşriyyatı tərəfindən buraxılmış “Heydər Əliyev və dövlətin aqrar siyasəti” kitabının təqdimat mərasimi keçirilmişdir.

Baş nazirin birinci müavini, Dövlət Aqrar İslahatı Komissiyasının sədri Abbas Abbasovun, Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadənin, kənd təsərrüfatı naziri İrşad Əliyevin, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun, YAP icra katibi Əli Əhmədovun müxtəlif dövlət komitələri sədrlərinin, birlik və cəmiyyət rəhbərlərinin, Milli Məclisin daimi komissiyaları sədrlərinin, deputatlarının, mütəxəssislərin iştirak etdiyi mərasimi universitetin rektoru, Milli Məclisin deputatı akademik Əli Abbasov açaraq demişdir: Azərbaycanın müstəqilliyi dövründə həyata keçirilən iqtisadi siyasətdə aqrar problemlərin həllinə, kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Bu kitab ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildən sonra respublikanın aqrar bölməsinin tərəqqisi üçün müəyyən etdiyi dövlət siyasətindən, onun rəhbərliyi ilə ölkədə aqrar və torpaq islahatının həyata keçirilməsindən bəhs edir. Kitaba dövlətin aqrar siyasətinin həyata keçirilməsi üçün Heydər Əliyevin fəaliyyətini, tarixi xidmətlərini əks etdirən çıxışları, nitqləri, imzaladığı qanunlar, verdiyi fərman və sərəncamlar daxil edilmişdir.

Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, Parlamentin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov, Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, universitetin kafedra müdiri professor Əbülfəz Qasımov, Kənd Təsərrüfatı Akademiyasının rektoru Məmmədtağı Cəfərov çıxış etmişlər. Onlar Heydər Əliyevin dövlətin aqrar siyasətinin həyata keçirilməsi sahəsində fəaliyyətinin ayrı-ayrı məqamlarını təhlil etmiş, onun rəhbərliyi altında respublikamızda həyata keçirilən torpaq islahatını MDB məkanında bənzəri olmayan addım kimi qiymətləndirmişlər. Xatırladılmışdır ki, müstəqil Azərbaycanın iqtisadiyyatının tərəqqisi üçün yeganə yolun bazar iqtisadiyyatı olduğunu görən Heydər Əliyev hələ 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işləyərkən aqrar islahatların aparılmasının əsasını qoymuşdur. Artıq ölkədə bu islahatların birinci mərhələsi uğurla başa çatmışdır.

Qeyd edilmişdir ki, on illik bir dövrü - 1993-2003-cü illəri əhatə edən kitabda aqrar siyasətlə, kənd təsərrüfatı ilə bağlı Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışları və nitqləri, fərman və sərəncamları, qanunları xronoloji ardıcıllıqla sistemləşdirilərək dərc olunmuşdur. Bu sənədləri oxuduqca möhtərəm Heydər Əliyevin ölkədə çörək qıtlığını aradan qaldırmaq üçün gördüyü nəhəng və cəsarət tələb edən işlər bir daha göz önündə canlanır. Məhz həmin nəhəng işlərin nəticəsidir ki, ölkəmizdə mövcud olan 2028 kolxoz və sovxoz ləğv edilib, onların torpağı və əmlakı təmənnasız olaraq vətəndaşlara paylanmış, 3,5 milyon nəfər, yaxud 871 min 779 ailə mülkiyyət sahibi olmuşdur. Eyni zamanda, onlara 1,6 milyon hektar əkinəyararlı torpaq verilmişdir. Bütün bunlar o deməkdir ki, indi kənddə iş yeri var. Bu məsələ ilə bağlı opponentlərin uydurduğu şayiələrə də toxunulmuşdur. Onlar deyirlər ki, kəndli sahib olduğu torpağı becərmək imkanından məhrumdur, guya dövlət onu problemləri ilə tək qoyub. Əslində isə “Aqrar islahatların sürətləndirilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 mart 1999-cu il tarixli Fərmanı ilə kənd təsərrüfatı məhsulları istehsalçıları 5 il müddətinə torpaq vergisi istisna olunmaqla qalan bütün vergilərdən azad edilmişlər, onların bu vergilərə görə borcları silinmişdir. Fermerlərə və torpaq sahiblərinə yanacaq güzəştlə satılır. Yeri gəlmişkən, bu imtiyazların müddəti daha beş il müddətinə uzadılmışdır.

Natiqlər xüsusi vurğulamışlar ki, bu ilin oktyabr ayında xalqın böyük əksəriyyətinin səsini qazanaraq Azərbaycan Prezidenti seçilmiş İlham Əliyev də möhtərəm Heydər Əliyevin aqrar siyasətini davam etdirir. O, yeni formalaşmış Nazirlər Kabinetinin ilk iclasında ölkənin aqrar bölməsinin inkişafını təmin etmək üçün təməli cənab Heydər Əliyev tərəfindən qoyulmuş aqrar siyasəti davam etdirməyi, aqrar islahatların ikinci mərhələsinə keçməyi, texniki servis mərkəzləri yaratmağı, toxumçuluq bazasını və emal sənayesini inkişaf etdirməyi vacib vəzifə kimi qarşıya qoymuş, bu barədə fərman imzalamışdır.

Çıxış edənlər yekdilliklə bildirmişlər ki, kitab nazirliklərdə, komitələrdə, yerli icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, elmi-tədqiqat və tədris müəssisələrində, digər təşkilatlarda aqrar sahədə çalışan mütəxəssislər, kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan sahibkarlar üçün dəyərli vəsaitdir. Bu kitab siyasi, iqtisadi, sosial əhəmiyyət kəsb etməklə yanaşı, proqnozlaşdırma fəaliyyətində böyük rol oynayacaqdır.

Kitabın məsul redaktoru, Milli Məclisin aqrar siyasət daimi komissiyasının sədri dosent Eldar İbrahimov mərasim iştirakçılarına təşəkkürünü bildirmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xorvatiya parlamentinə seçkilərdə baş nazirin partiyası qalib gəlib

Azərbaycanda insan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb

Komitə sədri: Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri transyağlardır

® Sən də “Dəstək” ol!

Xaricidə işlə təmin etmək adı altında vətəndaşların pullarının ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb

Gənc Tamaşaçılar Teatrı may repertuarını təqdim edib

Aprelin 21-də 46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Ağsuda vətəndaşların müraciətlərini dinləyəcək

® ABB-dən cəmi bir günə tender qarantiyası

Dünyanın ən yaxşı kameraya sahib telefonu HONOR Magic6 Pro tezliklə Azərbaycanda satışa çıxarılacaq

Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Sumqayıt qatarını daşa basanlar müəyyən olunublar VİDEO

UNEC Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq edəcək

Bakı dairəvi avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Çerniqova raket hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Azərbaycan İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası ilə fəal əməkdaşlıq etmək niyyətindədir

Elm və təhsil naziri: Regionlarda vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti artıb

İspaniyada Azərbaycan mədəniyyəti təbliğ olunacaq

AQTA sədri ekspertlərə xəbərdarlıq edib

Ekvadorda enerji böhranı səbəbindən iki gün iş dayandırılıb

İddiaçılar Turniri: Nicat Abasov Hindistan təmsilçisi ilə üz-üzə gələcək

İsveçdə kriminal şəbəkənin üzvünə məxsus üzük hərracda satılıb

Mədəniyyət nazirinin İmişlidə vətəndaş qəbulunun tarixi dəyişdirilib

IRENA Assambleyasının 14-cü sessiyasının ikinci günündə hansı məsələlər müzakirə olunacaq?

AQTA sədri: Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Binəqədi rayonunda yük maşını yolun kənarı ilə gedən qadını vurub

Ali Rada sədrinin müavini: Ukrayna Azərbaycanın humanitar töhfəsini yüksək qiymətləndirir

Salyan “ASAN xidmət” mərkəzində bir il ərzində 178 mindən çox müraciət qeydə alınıb

AQTA-nın auditorları 24 ölkənin ərazisində 349 müəssisədə qiymətləndirmə aparırlar

Evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

® “Kapital Bank”ın istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb

Tahir Rzayev: Qida təhlükəsizliyini bir təşkilatla yekunlaşdırmaq düzgün deyi

Azyaşlı qıza hədə-qorxu gələrək qızıl-zinət əşyalarını talayan iki nəfər saxlanılıb

DİN: Ötən gün 2,3 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Bakıda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək

DİN: Ötən gün xeyli qanunsuz odlu silah aşkarlanaraq götürülüb

Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə növbəti 2 ildə sədrliyi onun beynəlxalq nüfuzundan xəbər verir VİDEO

Dünya birjalarında neft bahalaşıb

Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar

Azərbaycanın öz tarixi torpaqlarını qanun çərçivəsində azad etməsi ilə Asiyada bir konflikt azaldı

ABŞ Dövlət Departamenti AZƏRTAC-ın sorğusunu cavablandırıb

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə sədrliyi dövründə uğurlu layihələr icra olunacaq

Azərbaycanın iki gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Astara rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb

Dövlət Departamenti: Biz Azərbaycan və Ermənistanın sülh səylərini qətiyyətlə dəstəkləyirik

Media: İsrail Pasxa bayramından əvvəl İrana qarşı cavab tədbirləri görməyəcək

Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətdir

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

Netanyahu: Öz qərarlarımızı özümüz verəcəyik

İsveç Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir

Blinken Çinə dörd günlük səfər edəcək

Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər

BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir

Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz

Ali Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi ilə görüş olub

ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur

Media: İsrail bazar ertəsi İrana cavab zərbəsi endirməyi planlaşdırıb

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub VİDEO

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək

Gürcüstanın Baş naziri: Arqumentsiz bəyanatlar hakim partiyanın qərarına yenidən baxılmasına əsas ola bilməz

Yüksək Liqa: “Azərreyl” finala yüksəlib

Rusiyadan idxal edilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb

Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək

Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əsasən həyata keçirilir

“BDU məzunları” layihəsi çərçivəsində Aqil Abbasla görüş

Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı Sərəncamdan irəli gələn tədbirlərə dair iclas keçirilib

Bilyard Federasiyasının prezidenti: Avropa çempionluğu tarixi nəticədir

Türkiyənin müxtəlif ölkələrlə qurduğu ilk diplomatik münasibətlərini əks etdirən kitab nəşr olunub

Parlamentdə sağlam ailə modelinin hüquqi aspektləri ilə bağlı dinləmə keçirilib

Şimali Makedoniya ictimaiyyəti Cənubi Qafqazdakı reallıqlar barədə məlumatlandırılıb

Rusiyalı deputat: Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir

Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritetləri və planları müzakirə edilib

® ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verilib

Azərbaycan bilyardçısı: Avropa çempionu olmaq qürurverici hissdir

Milli Məclisdə Xəzər dənizinin Azərbaycana aid bölməsində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi olub

Elektron Təhlükəsizlik Xidməti məktəbliləri kibertəhlükəsizliyə dair məlumatlandırıb

Mer: Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir

Laçın hava limanı “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz ediləcək

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 36 nömrəli tam orta məktəbdə tədbir

Tatarıstanla iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib