MƏDƏNİYYƏT


DÖVLƏT AKADEMİK OPERA VƏ BALET TEATRI YENİ MÖVSÜMÜ AÇDI

Sentyarbın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Ü.Hacıbəyovun “Leyli və Məcnun” operası ilə özünün 95-ci mövsümünü açmışdır. Tamaşa “Üzeyir Musiqi Günü”nə həsr olunmuşdur.

Teatrdan AZƏRTAC-ın müxbirinə demişlər ki, quruluşçu rejissoru Azərbaycanın və Özbəkistanın xalq artisti, Özbəkistan Dövlət mükafatı laureatı Firudin Səfərov, qurluşçu rəssamı xalq rəssamı, Dövlət mükafatı laureatı Mikayıl Abdullayev, baletmeysterləri xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədov olan 3 pərdəli 6 şəkilli operada baş rolları xalq artisti Səkinə İsmayılova və əməkdar artist Mənsum İbrahimov oynamışlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.