İQTİSADİYYAT
DÖVLƏT ƏMLAKININ QORUNMASINA DİQQƏT ARTIRILMIŞDIR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, buna baxmayaraq, bəzi müəssisələrin rəhbərləri dövlət əmlakının qorunmasına lazımi diqqət yetirmirlər. Məsələn, “Azərkimya” Dövlət Şirkətinin Neftçala yod-brom zavodunun bazasında yaradılmış “Neftçala Yod-Brom” Açıq Səhmdar Cəmiyyətinin sədri Əvəz Fərəcov “Polad” firmasına metal qırıntısı satılması barədə heç bir hüquqi əsası olmayan müqavilə bağlamış, zavodun bir hissəsini metal qırıntısı adı ilə satmağa cəhd göstərmişdir.
Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti bu məsələ barədə məlumat alan kimi səhmdar cəmiyyətinin sədri Ə.Fərəcovu tutduğu vəzifədən azad etmiş və müəssisədə aşkarlanmış qanunsuzluqlarla bağlı sənədlər prokurorluq orqanlarına göndərilmişdir.
İqtisadi İnkişaf Nazirliyi özəlləşdirilməyə açılmış müəssisələrin rəhbərlərinin diqqətinə çatdırır ki, dövlət əmlakının qorunmasına məsuliyyətlə yanaşmayan, onun dağıdılmasına yol verən şəxslər barədə ciddi tədbirlər görüləcəkdir.