Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

DÖVLƏT BAŞÇILARININ GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ

DÖVLƏT BAŞÇILARININ GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 17-də təkbətək görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü oldu.

Prezident ALEKSANDR LUKAŞENKO qardaş Azərbaycanın dövlət nümayəndə heyətini Belarus torpağında bir daha salamlayaraq dedi ki, bu səfər dövlətlərimiz müstəqillik əldə etdikdən sonra Azərbaycan dövləti başçısının Belarus Respublikasına ilk səfəridir. Bu gün bizim perspektiv istiqamətləri işğüzar şəraitdə müzakirə etməyə imkanımız var. Əminəm ki, yüksək səviyyədə dialoqun fəallaşdırılması Belarus-Azərbaycan münasibətlərinin genişlənməsinə təkan verəcəkdir. İki dövlətin dinamik inkişaf edən iqtisadiyyatları, böyük istehsal potensialı qarşılıqlı marağı şərtləndirir, geniş səpkili məsələlər üzrə daha fəal birgə iş aparmağı zərurətə çevirir.

Qeyd etmək xoşdur ki, son illər ölkələrimiz arasında əmtəə dövriyyəsi sürətlə artır. Bu, 2005-ci ildə təxminən 30 milyon dollar olmuş və 2004-cü ildəkinə nisbətən 85 faizdən çox artmışdır. Yaxşı dinamikadır, lakin bununla yanaşı, mütləq rəqəmlərlə götürdükdə əmtəə dövriyyəsi cüzidir. Halbuki bizim əmtəə dövriyyəmiz daha çox ola bilər. Əminəm ki, İlham Heydəroviçin Belarusa səfərindən sonra belə də olacaqdır.

Prezident Lukaşenko bildirdi ki, Belarusun Azərbaycana ixracı traktorlardan, yük avtomobillərindən, yol texnikasından, ağac emalı məhsulundan və bir çox digər məhsullardan ibarətdir. Azərbaycan isə ölkəmizə sənaye üçün böyük əhəmiyyəti olan pambıq lifi, tütün xammalı, habelə Belarusda istehsal edilməyən ərzaq məhsulları göndərir. Lakin biz əmtəə dövriyyəsini artırmaq, iki ölkənin təsərrüfat subyektləri arasında sabit əlaqələr yaratmaq, bu əlaqələrə uzunmüddətli xarakter vermək üçün heç də bütün imkanlardan istifadə etmirik. Yaxın vaxtlarda biz sənaye və energetika sahəsində iri müştərək layihələrin gerçəkləşdirilməsinə gəlib çıxmalıyıq.

Belarus Prezidenti vurğuladı ki, bizim münasibətlərimizdə qapalı mövzular yoxdur. Azərbaycana azacıq da olsa maraq göstərən nümayəndələrimizdən xahiş edərdim ki, oraya gedib, Azərbaycan tərəfinə əməkdaşlıq təklif etsinlər. Biz təkcə Azərbaycanda deyil, həmsərhəd ölkələrdə də öz bazarımızı tapacağıq. Azərbaycan rəhbərliyi bizi bu sahədə dəstəkləyəcəkdir. Üstəlik, Azərbaycan çox böyük maliyyə ehtiyatlarına malikdir və onları yolların, hava limanlarının tikintisinə, kənd təsərrüfatına, yeni müəssisələr yaradılmasına və köhnə müəssisələrin modernləşdirilməsinə yönəldir. Bizə Azərbaycanda tələbat ola bilər.

Mən hərbi-texniki əməkdaşlıq üzrə mütəxəssislərimizə təşəkkür etmək istəyirəm. Əgər hamı digər dövlətlərlə də işə bu cür yanaşsa, onda bizə həmişə tələbat olacaqdır. Azərbaycan Prezidenti texnikamıza şəxsən baxdı. Azərbaycana çox yüksək məsuliyyətlə və mədəniyyətlə getmək lazımdır ki, bizim haqqımızda yaxşı danışsınlar. İndi bu, biznesdə əsas şərtdir.

Prezident Lukaşenko daha sonra dedi ki, mən neft-qaz sahəsində ikitərəfli əməkdaşlığı çox perspektivli sanıram. Bu istiqamətdə niyyətimizi dəstəkləyən Azərbaycan Prezidentinə minnətdaram. Azərbaycanda iri neft və qaz yataqlarının, Belarusda isə müasir güclü neft-kimya kompleksinin olması elə bir təməldir ki, energetika sahəsində münasibətlərimiz onun əsasında qarşılıqlı surətdə faydalı şəkildə inkişaf edə bilər. Biz neftin, o cümlədən Xəzər neftinin ərazimizlə nəqlinin həcminin artırılmasında maraqlıyıq. Əgər bu, Azərbaycana lazım və faydalı olarsa, Xəzər neftinin Baltikyanı regiona və Polşaya tranziti üçün özümüzün bütün boru kəməri nəqliyyatının infrastrukturunu təqdim etməyə hazırıq. Bizim neft və qaz yataqlarının işlənilməsində müştərək layihələrin həyata keçirilməsi üçün də imkanımız var. Biz belə prinsipial dəstəyi alacağıq.

Müasir şəraitdə kooperasiyanın genişləndirilməsi və dövlətlərimizin malik olduğu potensial əsasında müştərək müəssisələr yaradılması əhəmiyyətlidir. Azərbaycan tərəfi Belarus traktorlarının, digər kənd təsərrüfatı texnikasının yığılması üçün müəssisə yaradılmasında çox maraqlıdır. Bu, Azərbaycana kənd təsərrüfatının inkişafı üçün çox gərəkdir. Buna görə də onu bu sahədə dəstəkləmək lazımdır. Üstəlik, biz nəinki Azərbaycan bazarından istifadə edə, həm də qonşularla ticarət edə bilərik. Bu gün Azərbaycanın kənd təsərrüfatı büdcə vasitəsilə dəstəklənir. Düşünürəm ki, bu pulları orada qazanmaq lazımdır. Bizim bundan ötrü bütün imkanlarımız var. Səmərəli münasibətləri inkişaf etdirmək üçün bizdə zəruri olan hər şey var.

Beynəlxalq məsələlərin əksəriyyətində mövqelərimiz oxşardır. Ölkələrimiz güclü və çiçəklənən dövlət quruculuğu xətti aparır. Əminəm ki, imzalanmağa təklif edilən Belarus ilə Azərbaycan arasında 2015-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında müqavilə və Belarus-Azərbaycan sazişləri yaxın perspektiv üçün qarşılıqlı fəaliyyətimizin keyfiyyətcə yeni səviyyəsinə nail olmağa, onun uzunmüddətli xarakter daşımasını təmin etməyə imkan verəcəkdir.

İlham Heydəroviç, MDB-nin tədbirinin baş tutmamasına baxmayaraq, buraya gəldiyinizə görə Sizə ürəkdən təşəkkür etmək istəyirəm. Biz bunu yüksək qiymətləndirir və Sizin bu səfərə görə təəssüflənməməyiniz üçün hər şeyi edəcəyik.

Azərbaycan Prezidenti İLHAM ƏLİYEV rəsmi səfər zamanı ona və Azərbaycan nümayəndə heyətinə göstərilmiş qonaqpərvərliyə və mehriban qəbula görə minnətdarlığını bildirərək dedi ki, Siz tamamilə haqlısınız, Belarusa səfərim və MDB-nin iclası bir vaxta təsadüf etdi. Lakin bu hadisələrin əhəmiyyəti baxımından, əlbəttə, ölkənizə rəsmi səfər digər hadisələrdən üstündür. Odur ki, MDB-nin iclasının təxirə salındığı məlum olduqda, rəsmi səfərin başqa vaxta keçirilməsi barədə təbii ki, heç bir söhbət gedə bilməzdi.

Biz ölkənizdə baş verən hadisələri çox böyük maraqla izləyirik, uğurlarınıza çox sevinirik. Düşünürəm ki, artıq bu gün bütün istiqamətlərdə əməkdaşlığı gücləndirmək üçün çox yaxşı zəmin var. Bunun üçün qarşılıqlı istək var. Praktik baxımdan artıq müəyyən niyyətlər var. İki il əvvəl yaradılan hökumətlərarası komissiya fəal işləyir, müxtəlif nazirliklər və idarələr, istehsal müəssisələri səviyyəsində əlaqələr də fəaldır. İqtisadi sahədə, Belarusda istehsal edilən malların alınması sahəsində fəal əməkdaşlığımızın necə başlanmasından çox məmnunuq. Məhz bu qarşılıqlı etimad və tam qarşılıqlı anlaşma gələcəkdə münasibətlərimizin uğurlu inkişafını bəri başdan müəyyənləşdirir.

Prezident İlham Əliyev vurğuladı ki, iqtisadiyyatlarımız bir-birini çox uğurla tamamlaya bilər. Bu gün Belarusda istehsal edilən məhsullara Azərbaycanda tələbat var. Azərbaycanda istehsal edilən məhsullar isə Sizin ölkəniz üçün maraq doğurur. Ona görə də energetika, neft-qaz sahəsində, müştərək müəssisələr, sənaye müəssisələri, o cümlədən kənd təsərrüfatında, müdafiə sənayesində müəssisələr yaradılması sahəsində əməkdaşlıq – bütün bu istiqamətlər çox praktik əhəmiyyətə malikdir. Fəal iqtisadi əməkdaşlığımızın son dövrü göstərir ki, qərarlarımız dərhal həyata keçirilir. Biz əməkdaşlıq üçün hansısa bir istiqaməti müəyyənləşdirən kimi, hər iki tərəfdən müvafiq addımlar atılır, yerlərdə rəhbər işçilərə tapşırıq verilir və icraçılar öz vəzifələrinə məsuliyyətlə yanaşırlar. Düşünürəm ki, bu, ölkələrimiz arasında həqiqi tərəfdaşlıq münasibətlərinin necə qurulmalı olduğuna çox yaxşı nümunədir.

Azərbaycan dövlətinin başçısı bildirdi ki, iqtisadiyyatlarımız çox dinamik inkişaf edir. İqtisadi potensial, sənaye potensialı artır və təbii ki, bu, daha fəal iqtisadi əməkdaşlıq üçün zəmin yaradır. Mən əminəm və Sizinlə tam razıyam ki, mövcud əmtəə dövriyyəsini göstərən mütləq rəqəmlər bizi qane edə bilməz. Əminəm ki, səfərdən sonra biz əmtəə dövriyyəsinin xeyli artacağını görəcəyik. İmzalanmağa təklif olunan sənədlər də münasibətlərimiz üçün yaxşı hüquqi baza yaradacaq, gələcək inkişaf perspektivlərini müəyyən edəcəkdir.

Prezident İlham Əliyev dedi ki, biz Belarus ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlıqda maraqlıyıq və ümidvarıq ki, bu əməkdaşlıq qarşılıqlı surətdə faydalı olacaqdır və o, artıq məhz belədir. Əməkdaşlığın nəticələri bizi qane edir və çox geniş qarşılıqlı fəaliyyət üçün perspektivlər açır.

Bu gün biz Sizinlə çox geniş səpkili məsələləri müzakirə etdik və hətta müzakirənin gedişində hərə özü üçün yeni-yeni sahələr açır. Elə sahələr ki, burada biz fəal əməkdaşlıq edə bilərik. Bu, çox sevindirir və ümidvaram ki, nəzərdə tutduğumuz hər şey həyata keçiriləcəkdir. Biz öz öhdəliklərimizin yerinə yetirilməsinə çox məsuliyyətlə yanaşırıq.

Dövlətimizin başçısı daha sonra dedi ki, biz istəyirik, ölkələrimiz arasında əməkdaşlıq uzunmüddətli əsasda olsun, habelə bu əməkdaşlığa cəlb edilmiş bütün qurumlar öz öhdəliklərinin yerinə yetirilməsinə çox məsuliyyətlə yanaşsınlar. Qarşılıqlı etimad hər bir əməkdaşlığın əsasıdır. Bu gün ölkələrimiz arasında qarşılıqlı etimad var. Belarusun və Azərbaycanın ölkələrimizdə səfirliklərinin açılması da ikitərəfli əlaqələrə necə əhəmiyyət verdiyimizi göstərir, habelə əməkdaşlığın yeni sahələrini müəyyənləşdirmək üçün səmərəli mexanizmdir. Səfirliklər, hökumətlərarası komissiya, nümayəndə heyətlərinin qarşılıqı səfərləri, – belə səfərlər olmuşdur və ümidvaram ki, gələcəkdə də olacaq, - əməkdaşlığımızın gələcək potensialını məhz bunlar irəlicədən müəyyən edəcəkdir. Mən bundan çox məmnunam və bir daha demək istəyirəm ki, səfərə dəvətə görə minnətdaram.

Getdikcə daha fəal olan dialoqumuzu davam etdirməkdən ötrü Sizi bir daha, - artıq geniş tərkibdə görüşümüzdə, - özünüz üçün əlverişli vaxtda Azərbaycana rəsmi səfərə dəvət etmək istəyirəm. Bu, ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğundur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib VİDEO

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür