RƏSMİ XRONİKA
DÖVLƏT BAŞÇILARININ VƏ NÜMAYƏNDƏ HEYƏTLƏRİNİN ŞƏRƏFİNƏ
Sentyabrın 18-də “Gülüstan” sarayında, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulması münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin adından dövlət başçılarının və nümayəndə heyətlərinin şərəfinə rəsmi ziyafət təşkil edilmişdir.
Salona toplaşanlar Azərbaycan Prezidenti Heydər Əliyevi, Türkiyə Cümhuriyyətinin Prezidenti Əhməd Necdət Sezəri, Gürcüstan Prezidenti Eduard Şevardnadzeni hərarətlə qarşıladılar.
Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri
ziyafətdə nitq söylədilər.
Ziyafət Azərbaycan incəsənət ustalarının geniş konsert proqramı ilə başa çatdı.
Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər ziyafətdə iştirak edirdilər.
\Geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır\.