SİYASƏT


DÖVLƏT BAŞÇISININ FƏRMANINDAN İRƏLİ GƏLƏN VƏZİFƏLƏR MÜZAKİRƏ EDİLMİŞDİR

Respublika Gənclər, İdman və Turizm Nazirliyi Gəncədə “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Prezident İlham Əliyevin 24 noyabr 2003-cü il tarixli Fərmanından irəli gələn vəzifələrə həsr edilmiş zona seminar-müşavirəsi keçirmişdir. 14 rayonun gənclər, idman və turizm idarələri rəhbərlərinin iştirak etdiyi seminarda son illər respublikada aparılan yenidənqurma və quruculuq işləri ətraflı təhlil edilmiş, gənclərin inkişafı sahəsində qazanılan uğurlarda Heydər Əliyev siyasi xəttnin layiqli davamçısı İlham Əliyevin əvəzsiz xidmətlərindən danışılmışdır. Vurğulanmışdır ki, Azərbaycan gəncliyi oktyabrın 15-də keçirilən prezident seçkilərində yekdilliklə İlham Əliyevə səs vermişdir. Çünki gənclər bilirlər ki, işıqlı gələcəyə ancaq İlham Əliyevlə gedə bilərlər. Seminarın iştirakçıları ölkəmizin başçısının Fərmanından irəli gələn vəzifələrin həyata keçirilməsində görəcəkləri işləri müəyyənləşdirərək, maraqlı təkliflərlə çıxış etmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.