SİYASƏT
DÖVLƏT BAYRAĞINA MƏHƏBBƏT QİYMƏTLƏNDİRİLDİ
Şəki Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan bayrağını başı üzərində dalğalandıran qızın keçirdiyi qürur, sevinc hissi Azərbaycan Prezidenti Heydər Əliyevin də diqqətini cəlb etmiş, ölkə rəhbəri onun Dövlət bayrağımıza sevgisini öz çıxışında xüsusi qeyd etmişdi.
AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, Balakən rayonunda doğulub böyümüş, Şəki Pedaqoji Texnikumunun əlaçı tələbəsi Türanə Məmmədovanın həmin günlə bağlı unudulmaz xatirəsinə daha bir xoş təəssürat əlavə olunmuşdur. Daxili İşlər Nazirliyinin Pasport və Qeydiyyat İdarəsinin Şəkidə yenicə fəaliyyətə başlamış regional şöbəsində Türanəyə təntənəli şəraitdə Azərbaycan Respublikasının milli pasportu təqdim edilmişdir. Türanə müstəqil Azərbaycanın vətəndaşı olmaqdan qürur hissi duyduğunu bildirmişdir.
AZƏRTAC–-0--XM