REGİONLAR
DÖVLƏT BAYTARLIQ XİDMƏTİNƏ “QÜŞ QRİPİ” TƏHLÜKƏSİ İLƏ BAĞLI ZƏNGLƏRİN SAYI AZALIR
Xidmətin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, əhalinin təhlükəli xəstəlik barədə ilk mənbədən məlumat alması, bu və ya digər faktı dəqiqləşdirməsi, yayılmış şayiələrin aradan qaldırılması işində “qaynar xətt”in böyük rolu olmuşdur. Ötən müddətdə bu xətt çox intensiv işləmiş, onun vasitəsilə əhalidən heyvan mənşəli xəstəliklər, o cümlədən quşların ölümü ilə bağlı informasiyalar daxil olmuşdur.
Yanvarın 17-dən sonra zənglərin sayı kəskin şəkildə azalmışdır. Bu, Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənovun KİV nümayəndələri üçün təşkil etdiyi mətbuat konfransından sonra baş vermişdir. Həmin konfransda xidmət rəisinin Azərbaycanda “quş qripi” virusunun əlamətlərinin olmaması barədə inamlı bəyanatı xəstəliklə bağlı xofu aradan götürmüş, əhalidə əminlik yaratmışdır.
Xidmət informasiya vasitələri nümayəndələri ilə görüşləri müntəzəm keçirəcək, bununla da ölkə mətbuatında mövcud vəziyyətin düzgün işıqlandırılmasına nail olacaqdır.
“Qaynar xətt” telefonları (418 68 34; 418 68 35; 418 68 36) işləyir.