ELM VƏ TƏHSİL
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINDA ELMİ TƏDQİQAT İŞLƏRİNİN YEKUNLARI MÜZAKİRƏ OLUNMUŞDUR
Bakı, 29 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 2008-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına həsr olunmuş “Azərbaycanda dövlət quruculuğu və idarəçilik prosesi yeni inkişaf mərhələsində” mövzusunda konfrans keçirilmişdir.
DİA-dan bildirmişlər ki, rektor, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin dövlət idarəçilik təcrübəsinin daha da dərindən öyrənilməsinin zəruriliyini vurğulamışdır.
Rektor ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. Eyni zamanda, rəhbərlik etdiyi ali məktəbdə aparılan elmi tədqiqat işlərinin əhəmiyyətini diqqətə çatdırmışdır.
“Məntiqi düşüncənin idarəçilikdə rolu”, “Müstəqillik şəraitində Azərbaycanın təbii ehtiyatlarından istifadənin idarə olunmasının başlıca prinsipləri”, “Dövlət quruculuğunun sosial xarakteri” və digər mövzularda məruzələr dinlənilmiş, geniş müzakirələr aparılmışdır.
Sonra bölmə iclasları olmuşdur.