ELM VƏ TƏHSİL
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINDA İXTİSASARTIRMA KURSLARININ NÖVBƏTİ BURAXILIŞI
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında növbəti ixtisasartırma kursları başa çatmışdır.
“Dövlətin sosial siyasəti: mahiyyət, prioritetlər və həyata keçirilmə mexanizmləri” proqramı üzrə keçirilmiş kurslarda İcra hakimiyyəti orqanlarının rəhbər işçiləri iştirak etmişlər. Kurslarda dövlətin sosial siyasətinin mahiyyəti və başlıca vəzifələri, sosial siyasətin üstün sahələri və islahatların əsas istiqamətləri, sosial proqramların formalaşması metodikası, sosial sahənin təşkilati-idarəetmə və maliyyə təminatı və digər məsələlər əhatə olunmuşdur.
Milli Məclisin Sosial siyasət komissiyasının sədri H.Rəcəbli, Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Z.Quliyeva, əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini İ.Rəhimov, gənclər, idman və turizm nazirinin birinci müavini V. Əliyev, Dövlət qaçqınkomun sədrinin müavini S.Rəhimov, Dövlət Sosial Müdafiə Fondunun sədr əvəzi Z.Babayev, Dövlət İdarəçilik Akademiyasının və digər ali məktəblərin tanınmış alim-mütəxəssisləri dinləyicilər qarşısında sosial siyasətin müasir problemlərinə dair müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər.