“DÖVLƏT MƏHKƏMƏ EKSPERTİZASI FƏALİYYƏTİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA DƏYİŞİKLİK
EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ
EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
AzerTAg.az
13.03.2007 [12:46]
“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. məhkəmə ekspertizası idarələrinin yaradılması və ləğv edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir;
2.2. məhkəmə ekspertizası idarəsi haqqında əsasnamə tabe olduğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir.
3. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №1, maddə 31; 2001-ci il, № 6, maddə 415; Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 dekabr tarixli 487 nömrəli Fərmanı) 2-ci bəndinin ikinci abzasında “40-cı maddəsinin birinci və ikinci hissələrində” sözləri “40-cı maddəsinin birinci hissəsində” sözləri ilə əvəz edilsin.
4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 mart 2007-ci il.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
13.01.2021 [19:11]
13.01.2021 [19:09]
MULTİMEDİA
26.01.2021 [17:53]
19.01.2021
26.01.2021 [18:31]
26.01.2021 [18:05]
26.01.2021 [17:50]
26.01.2021 [17:40]
26.01.2021 [18:47]
26.01.2021 [18:30]
26.01.2021 [18:20]
26.01.2021 [17:56]
26.01.2021 [17:45]
26.01.2021 [18:28]
26.01.2021 [17:58]
26.01.2021 [17:29]
26.01.2021 [17:17]
26.01.2021 [01:45]
25.01.2021 [11:22]
22.01.2021 [16:01]
22.01.2021 [13:23]
26.01.2021 [16:31]
26.01.2021 [15:12]
26.01.2021 [11:35]
26.01.2021 [17:39]
26.01.2021 [17:19]
26.01.2021 [17:11]
26.01.2021 [16:44]
26.01.2021 [18:41]
26.01.2021 [18:10]
26.01.2021 [17:55]
Xəbərin mətnində orfoqrafik səhv var