İQTİSADİYYAT


DÖVLƏT NEFT ŞİRKƏTİ GƏLƏN İL DƏ ƏSAS VERGİ ÖDƏYİCİSİ OLACAQDIR

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, cari ilin dövlət büdcəsində neftin qiyməti 19,5 ABŞ dolları müəyyən edildiyi halda, 2004-cü ilin dövlət büdcəsində bu rəqəm 20 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Artımın müqabilində şirkət büdcəyə 2 trilyon 200 milyard manat vergi ödəməlidir. Bu, bir tərəfdən yaxşı haldır, çünki ARDNŞ yenə də əsas vergi ödəyicisi olaraq qalır. Digər tərəfdən isə neftin dünya bazarında qiyməti düşərsə bu, şirkətin işinə mənfi təsir göstərə bilər. Şirkət özünü belə hallardan sığortalamaq üçün Maliyyə Nazirliyində ehtiyat fond yaratmışdır. Hazırda fondda 15 milyard manat vəsait var və əgər dünya bazarında neftin qiyməti düşsə, vergi kəsiri həmin fond hesabına ödəniləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.