Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“DÖVLƏT ORQANLARINDA DÖVLƏT QULLUĞUNA QƏBUL ÜÇÜN KEÇİRİLƏN TEST İMTAHANLARINDAN ÖTRÜ TEST NÜMUNƏLƏRİNİN HAZIRLANMASI VƏ QƏBUL EDİLMƏSİ QAYDALARININ TƏSDİQ EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2001-Cİ İL 9 AVQUST TARİXLİ 550 NÖMRƏLİ FƏRMANININ QÜVVƏDƏN DÜŞMÜŞ HESAB EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın 8-ci bəndinə uyğun olaraq qərara alıram:

“Dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanlarından ötrü test nümunələrinin hazırlanması və qəbul edilməsi Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli 550 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 8, maddə 526; 2003-cü il, № 8, maddə 441) qüvvədən düşmüş hesab edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 avqust 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin