DÖVLƏT PROQRAMININ HƏYATA KEÇİRİLMƏSİ SÜRƏTLƏNDİRİLİR
AzerTAg.az
AZƏRTAC-ın müxbiri xəbər verir ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsini sürətləndirmək məqsədi ilə İqtisadi İnkişaf Nazirliyinin Gəncədə fəaliyyət göstərən regional şöbəsində kiçik və orta sahibkarlığın inkişafında mövcud vəziyyəti və iş adamlarının qayğılarını öyrənmək üçün müşavirə keçirilmişdir. Müşavirədə şöbənin rəisi Azər Muradovun proqramın hayata keçirilməsi ilə bağlı görülən işlərdən və qarşıda duran vəzifələrdən bəhs edən məruzəsi dinlənilmiş, müzakirələr aparılmışdır. Canlı dialoq şəklində keçən müzakirələrdə iş adamları Proqramın əhəmiyyətindən və onun həyata keçirilməsi istiqamətində həlli vacib məsələlərlə bağlı arzu və təkliflərini bildirmişlər.
Verilən təkliflərin öyrənilməsi ilə bağlı işçi qrupu yaradılmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var