Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“DÖVLƏT QULLUĞU HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il №1, maddə 1, №3, maddə 131; 2002-ci il, №12, maddə 693; 2003-cü il, №1, maddə 16; 2004-cü il, №1, maddə 10, №4, maddə 199, №5, maddə 321, №8, maddə 597, №11, maddə 884; 2005-ci il, №6, maddələr 463, 475, №10, maddə 874; 2006-cı il, №5, maddə 386, №6, maddə 479, №8, maddə 657; Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 179-IIIQD nömrəli Qanunu) aşağıdakı əlavələr edilsin:
1. 8.1.7-ci maddədə “tabeliyində olan regional orqanları,” sözlərindən sonra “müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan orqanları,” sözləri əlavə edilsin.
2. 11.1.7-ci maddədə “orqanlarının bölmə rəhbərlərinin” sözlərindən sonra “,müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan orqanların rəhbərlərinin” sözləri əlavə edilsin.
3. 11.1.8-ci maddədə “orqanları bölmə rəhbərləri müavinlərinin” sözlərindən sonra “,müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan orqan rəhbərləri müavinlərinin” sözləri əlavə edilsin.
4. 11.1.9-cu maddədə “orqanları bölmə mütəxəssislərinin” sözlərindən sonra “,müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan orqanların mütəxəssislərinin” sözləri əlavə edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 fevral 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin