Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

DÖVLƏT QULLUQÇULARI ÜÇÜN BƏZI TƏMINATLAR HAQQINDA
AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ FƏRMANI

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsini rəhbər tutaraq qərara alıram:

1. Müəyyən edilsin ki:

2003-cü il 1 yanvar tarixindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir;

dövlət qulluqçularının və onların ailə üzvlərinin icbari tibbi sığortası dövlət büdcəsi vəsaitləri hesabına həyata keçirilir.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

- dövlət qulluqçularının icra etdikləri vəzifə öhdəliklərinin xarakteri nəzərə alınmaqla, xidməti nəqliyyat və ya müvafiq kompensasiya verilən vəzifələrin siyahısını, kompensasiyaların miqdarını və verilmə qaydalarını hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin.

- bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Bu fərman imzalandığı gündən qüvvəyə minir.

Heydər Əliyev,

Azərbaycan Respublikasının prezidenti

23 oktyabr 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin