DÖVLƏT RUS DRAM TEATRININ YUBİLEYİNƏ FOTOSƏRGİ HAZIRLANIR
AzerTAg.az
25.11.2005 [14:11]
AZƏRTAC Cəfər Cabbarlı adına Azərbaycan Dövlət teatr muzeyinə istinadla xəbər verir ki, kollektiv Dövlət Rus Dram Teatrının 85 illik yubileyi ilə əlaqədar fotosərgi hazırlayır. Sərgidə 1920-ci ildən başlayaraq, bu günə qədər teatrın tarixi və fəaliyyəti tamaşaçılara təqdim olunacaqdır. Yubiley iştirakçıları fotoların köməyi ilə teatrın repertuarları, səhnələşdirilən əsərlər, qastrol səfərləri, ayrı-ayrı aktyorların fəaliyyəti, eyni zamanda, dramaturq və bəstəkarların yaradıcılıq yolu barədə məlumat ala biləcəklər.
İlin axırlarında dövlət səviyyəsində keçirilməsi nəzərdə tutulan yubiley tədbirində teatr muzeyinin təşkil etdiyi sərgidə teatrın repertuarlarını göstərən afişalara da yer ayrılacaqdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
30.03.2023 [22:24]
30.03.2023 [22:21]
30.03.2023 [22:02]
MULTİMEDİA
30.03.2023 [18:44]
30.03.2023 [17:25]
30.03.2023 [17:14]
31.03.2023 [01:05]
30.03.2023 [23:42]
30.03.2023 [22:37]
30.03.2023 [20:10]
30.03.2023 [19:17]
30.03.2023 [19:15]
30.03.2023 [22:21]
30.03.2023 [22:02]
30.03.2023 [17:24]
30.03.2023 [12:12]
29.03.2023 [13:04]
28.03.2023 [17:06]
30.03.2023 [17:12]
30.03.2023 [16:52]
30.03.2023 [18:41]
30.03.2023 [18:33]
30.03.2023 [20:58]
30.03.2023 [19:24]
30.03.2023 [19:10]
Xəbərin mətnində orfoqrafik səhv var