İQTİSADİYYAT
“DÖVLƏT SATINALMALARI HAQQINDA” QANUNUN TƏLƏBLƏRİ YERİNƏ YETİRİLİR
Satınalmalar üzrə Dövlət Agentliyi və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası “Azərbaycan Respublikasında dövlət vəsaitləri hesabına malların (iş və xidmətlərin) satın alınması” mövzusunda seminar keçirmişlər.
Seminarda Azərbaycan Respublikasında malların (iş və xidmətlərin) dövlət satınalmaları, dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi baza, satınalma metodları, müsabiqənin əsas şərtlər toplusunun texniki tələbləri, bu topluda nəzərdə tutulan standartlar, tender təklifinin təminatı, dövlət satınalmalarında risklərin sığortalanması, müsabiqə təkliflərinin qiymətləndirilməsi, müqayisəsi və qalibin müəyyən edilməsi qaydaları, dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə və satınalma müqavilələrinin icrasında mübahisəli məsələlərin həlli və digər məsələlər müzakirə olunmuşdur.
Seminarda müxtəlif sahələrdə fəaliyyət göstərən 30 yerli şirkətin nümayəndələri iştirak etmişlər.