SİYASƏT


DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUNDA YENİ LAYİHƏNİN TƏQDİMATI KEÇİRİLMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 17 iyul 2001-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Pensiya islahatı konsepsiyası”nda və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanunda nəzərdə tutulan tədbirləri yerinə yetirmək məqsədi ilə Dövlət Sosial Müdafiə Fondunda ardıcıl tədbirlər həyata keçirilir.

Fonddan AZƏRTAC-a bildirmişlər ki, burada Dünya Bankının eksperti tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının sosial sığorta sistemində fərdi sığorta hesabları: Konsepsiya və Qiymətləndirmə” layihəsinin təqdimatı keçirilmişdir. Fondun sədri Səlim Müslümov giriş sözü ilə çıxış edərək, pensiya və sosial sığorta sistemində, əhalinin imkansız təbəqələrinin sosial müdafiəsi sahəsində aparılan islahatların davam etdiyini bildirmiş, dövlət sosial sığorta sistemində vətəndaşların fərdi uçotunun qurulmasının Fondun başlıca vəzifəsi olduğunu qeyd etmişdir. O, sosial müdafiə sisteminin səmərəliliyinin artırılmasına və sadələşdirilməsinə nail olmaq məqsədi ilə sığorta olunanların fərdi uçotunun qurulmasının, sosial sığorta nömrələrinin verilməsi və fərdi uçot şəhadətnamələrinin paylanmasının, hüquqi şəxslərin və fərdi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların qeydə alınmasının, Fondun bütün strukturlarında avtomatlaşdırılmış idarəetmə sistemlərinin geniş tətbiqi və istifadəsinin təmin edilməsinin nəzərdə tutulduğunu demişdir.

Dünya Bankının sosial müdafiə sistemlərinin informasiya texnologiyaları üzrə məsləhətçisi Əsgər Arzıbayev təqdim olunan layihənin həyata keçirilməsi planlarından danışmış və bu məqsədlə sərf ediləcək vəsaitin məbləği barədə məlumat vermiş, layihənin reallaşdırılmasının respublika əhalisinin sosial müdafiəsinin daha da gücləndirilməsinə şərait yaradacağını bildirmişdir.

Tədbirdə iştirak edən Dünya Bankının və İqtisadi İnkişaf Nazirliyinin ekspertləri öz çıxışlarında Azərbaycan Prezidenti Heydər Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, yaşayış səviyyəsinin yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğıdan danışmış, təqdim olunan layihəni dovlət başçısının bu sahədə qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.