İQTİSADİYYAT


DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUNUN HESABATI AÇIQLANMIŞDIR

AZƏRTAC xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) cari ilin yanvar-sentyabr ayları üçün gəlir və xərclər barədə ilkin hesabatını açıqlamışdır. Fondun həmin dövrdə gəlirləri 416,431 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövründəkinə nisbətən 15,6 faiz çoxdur.

Büdcə təşkilatlarından daxilolmalar proqnozlaşdırıldığından az olsa da, qeyri-büdcə təşkilatları məcburi dövlət sosial sığorta haqlarını artıqlaması ilə ödəmişlər.

Dövlət büdcəsindən ayırmalar proqnoza uyğun, yəni 102 milyon manat olmuşdur.

Ötən doqquz ayda əhalinin pensiya və müavinətlərinin ödənilməsinə 377,920 milyon manat xərclənmişdir. Bu, ötən ilin eyni dövründəkindən 10,1 faiz çoxdur.

Hesabat dövründə əmək pensiyalarının ödənilməsi xərcləri 357,829 milyon manat, dövlət qulluqçularının pensiyalarının ödənilməsi xərcləri isə 9,457 milyon manat təşkil etmişdir. Məcburi dövlət sosial sığorta xərcləri və digər xərclər də keçən ilin müvafiq dövründəkinə nisbətən artmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.