Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“DÖVLƏT SOSİAL SIĞORTA SİSTEMİNDƏ FƏRDİ UÇOT HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 738; 2005-ci il, № 6, maddə 466; 2007-ci il, №5, maddə 401) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 2.0.2-ci maddədə “əmək haqqı (gəlir)” sözləri “məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər” sözləri ilə əvəz edilsin;

2. 2.0.4-cü maddədə “hesablarına köçürülməsinə” sözləri “hesablarında əks olunmasına” sözləri ilə əvəz edilsin;

3. 2.0.6-cı maddədə “köçürülən” sözü “ödənilən” sözü ilə əvəz edilsin;

4. 3.0.1-ci maddədə “təminat” sözü “sığorta” sözü ilə əvəz edilsin;

5. 5.2.2-ci maddədən “(sığorta olunanın doğulduğu dövrdəki soyadı da göstərilməlidir)” sözləri çıxarılsın;

6. 5.2.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

“5.2.6. daimi qeydiyyatda olduğu yerin, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yerin ünvanı;”;

7. 5.2.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

“5.2.7. şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı;”;

8. 5.2.11-ci maddə aşağıdakı redaksiyada verilsin:

“5.2.11. məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (sığorta stajının hər ayı üçün);”;

9. 5.2.12-ci maddədə “və sığorta olunan” sözləri çıxarılsın, “köçürülmüş” sözü “ödənilmiş” sözü ilə əvəz edilsin;

10. 5.2.14-cü maddə aşağıdakı redaksiyada verilsin:

“5.2.14. məcburi dövlət sosial sığorta haqqı ödənilməyən, lakin müvafiq qanunvericiliyə uyğun olaraq, sosial sığorta stajına daxil edilən müddət;”;

11. aşağıdakı məzmunda 5.2.16 - 5.2.19-cu maddələr əlavə edilsin:

“5.2.16. sığortaolunanın 01.01.2006-cı il tarixə qazanılmış əmək pensiyası hüququna uyğun şərti qaydada hesablanmış pensiya kapitalı haqqında məlumat;

5.2.17. fərdi şəxsi hesabın sığorta hissəsi və onun indeksləşdirilməsi haqqında məlumat;

5.2.18. fərdi şəxsi hesabın yığım hissəsi haqqında məlumat;

5.2.19. sığortaolunanın fərdi şəxsi hesabının bağlanması haqqında məlumat.”;

12. mətn üzrə ismin müvafiq hallarında “işəgötürən” sözü ismin müvafiq hallarında “sığortaedən” sözü ilə, “pensiya” sözü “əmək pensiyası” sözləri ilə, “sığorta olunan” sözləri “sığortaolunan” sözü ilə əvəz edilsin;

13. 6.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“6.3. Əmək fəaliyyəti olan sığortaolunanlar dövlət sosial sığorta şəhadətnaməsini öz sığortaedənləri vasitəsilə, özü-özünü sığortaedən şəxslər isə yaşadıqları ərazi (yaşayış yeri üzrə daimi qeydiyyatda olduğu ünvan) üzrə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanından bir ay müddətində alırlar.”;

14. 6.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

“6.6. Dövlət sosial sığorta şəhadətnaməsi itirildiyi halda:

6.6.1. əmək fəaliyyəti olan sığortaolunan, dövlət sosial sığorta şəhadətnaməsini itirdikdə, dövlət sosial sığorta şəhadətnaməsinin dublikatının verilməsinə dair ərizə ilə sığortaedənə, sığortaedən isə öz növbəsində qeydiyyatda olduğu fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bir ay müddətində müraciət etməlidir;

6.6.2. əmək fəaliyyəti olmayan sığortaolunanlar, eləcə də özü-özünü sığortaedən şəxslər dövlət sosial sığorta şəhadətnaməsini itirdikdə dövlət sosial sığorta şəhadətnaməsinin dublikatının verilməsinə dair ərizə ilə ilk dəfə fərdi uçot sistemində qeydiyyata durduğu fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bir ay müddətində şəxsən müraciət etməlidirlər;

6.6.3. dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət sosial sığorta şəhadətnaməsinin dublikatı müraciət olunduğu gündən bir ay müddətində əmək fəaliyyəti olan sığortaolunana onun sığortaedəni vasitəsilə, əmək fəaliyyəti olmayan sığortaolunana, eləcə də özü-özünü sığortaedən şəxslərə isə şəxsən verilir. Bu zaman dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı sığortaolunandan bu Qanunun 5.2.2-5.2.8-ci maddələrində göstərilən məlumatları dəqiqləşdirmək üçün şəxsiyyəti təsdiq edən sənədi tələb etmək hüququna malikdir.”;

15. 6.7-ci maddədə “Yeni dövlət sosial sığorta şəhadətnaməsinin (itirilmişin əvəzinə)” sözləri “Dövlət sosial sığorta şəhadətnaməsinin dublikatının” sözləri ilə əvəz edilsin;

16. 7-ci maddənin adı aşağıdakı redaksiyada verilsin:

“Sığortaolunanlar haqqında məlumatların təqdim olunması”;

17. 7.2-ci maddədə “Fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan” sözləri “Öz-özünü sığortaedən” sözləri ilə əvəz edilsin;

18. 7.4-cü maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Göstərilən məlumatlar həm yazılı sənəd formasında, həm də məlumatın düzgünlüyünə, eləcə də icazə olmadan əldə edilməkdən və təhrif olunmaqdan mühafizəsinə zəmanət olunduğu halda elektron formada (maqnit daşıyıcılarında) təqdim edilməlidir. Eyni zamanda, bu məlumatlar rabitə kanalları vasitəsilə də təqdim edilə bilər.”;

19. 7.5-ci maddənin birinci cümləsində “və fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan şəxsdə” sözləri çıxarılsın;

20. aşağıdakı məzmunda 7.6-7.13-cü və maddələr əlavə edilsin:

“7.6. Sığortaedən sığortaolunanlar haqqında bu Qanunun 5.2.1-5.2.9-cu maddələrində göstərilən məlumatları aşağıdakı hallarda dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir:

7.6.1. sığortaolunan ilk dəfə əmək fəaliyyətinə başladıqda;

7.6.2. dövlət sosial sığorta şəhadətnaməsi olmayan şəxslə mülki-hüquqi xarakterli müqavilə bağlandıqda;

7.6.3. sığortaolunan tərəfindən dövlət sosial sığorta şəhadətnaməsi itirildikdə;

7.6.4. sığortaolunan haqqında məlumatlar dəyişildikdə.

7.7. Sığortaolunanlar haqqında bu Qanunun 5.2.1-5.2.9-cu maddələrində göstərilən məlumatlar aşağıdakı qaydada təqdim edilir:

7.7.1. ilk dəfə əmək fəaliyyətinə başlayan sığоrtaоlunan barədə məlumatlar bir ay müddətində sığortaedən tərəfindən qeydiyyatdan keçdiyi dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına;

7.7.2. özü-özünü sığorta edən şəxs tərəfindən özü haqqında məlumatlar bir ay müddətində daimi qeydiyyatda olduğu yerin, qaçqın və məcburi köçkünlər isə məskunlaşdıqları yerin ünvanı üzrə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına;

7.7.3. dövlət sosial sığorta şəhadətnaməsi olmayan şəxslərlə mülki-hüquqi xarakterli müqavilə bağlandıqda, bu şəxslər barədə məlumatlar bir ay müddətində sığortaedən tərəfindən qeydiyyatdan keçdiyi dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına;

7.7.4. sığortaolunan tərəfindən dövlət sosial sığorta şəhadətnaməsi itirildikdə, bu Qanunun 6.6-cı maddəsində müəyyən olunmuş qaydada;

7.7.5. sığortaolunan barədə məlumatlar dəyişildikdə, dürüstləşmiş məlumatlar sığortaedən tərəfindən 14 iş günü müddətində qeydiyyatdan keçdikləri dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına.

7.8. Sığortaedən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına dair məlumatları mühasibat uçotu sənədlərinə uyğun olaraq tərtib etməklə, qeydiyyatdan keçdikləri dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

7.9. Sığortaedən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş müddətdə hər bir sığortaolunana dair aşağıdaкı məlumatları təqdim edir:

7.9.1. sığortaolunanın sosial sığorta nömrəsi;

7.9.2. sığortaolunanın adı, soyadı və atasının adı;

7.9.3. hər bir sığortaolunan üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (məlumat təqdim olunan dövrün hər ayı üzrə);

7.9.4. hər bir sığortaolunan üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı (məlumat təqdim olunan dövrün hər ayı üzrə).

7.10. Bu Qanunun 7.9-cu maddəsində nəzərdə tutulmuş məlumatlarla bərabər əmək şəraitinə görə güzəştli staj müddətinə malik sığortaolunanları olan sığortaedənlər həmin sığortaolunanların siyahısını dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

7.11. Sığortaedən ləğv olunduğu və ya fəaliyyətini dayandırdığı haldа, sonuncu məlumat təqdim edildiyi dövrdən ləğv olunduğu və ya fəaliyyətini dayandırdığı günədək olan dövr üçün hər bir sığortaolunana dair bu Qanunun 7.9-cu və 7.10-cu maddələrində nəzərdə tutulmuş məlumatları dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

7.12. Əmək pensiyası təyin edilərkən, sığortaolunan sığortaedənə onun barəsində dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına fərdi məlumatların təqdim edilməsi haqqında ərizə ilə müraciət edir. Sığortaedən sonuncu məlumatı təqdim etdiyi dövrdən sığortaolunanın pensiya təyinatı üçün rəsmi müraciət etdiyi günədək olan dövr üçün həmin sığortaolunan haqqında təqdim olunmamış bu Qanunun 7.9-cu və 7.10-cu maddələrində nəzərdə tutulmuş məlumatları 10 iş günü müddətində dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir.”;

7.13. Sığortaolunan işdən azad edildikdə, sonuncu məlumat təqdim olunan dövrdən sığortaolunanın işdən azad edildiyi günədək olan dövr üçün bu Qanunun 7.9-cu və 7.10-cu maddələrində nəzərdə tutulmuş məlumatlar sığortaedən tərəfindən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına ümumi qaydada, sığortaolunana isə həmin gün təqdim edir.”;

21. 8.1.1-ci və 8.1.4-cü maddələrdə “yazılan” sözü “əks olunan” sözləri ilə əvəz edilsin;

22. 8.1.3-cü maddədə “hesabına yazılan” sözləri “hesabında əks olunan” sözləri ilə əvəz edilsin;

23. 10.1.2-ci maddədə “, eləcə də fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan şəxsin” sözləri çıxarılsın.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 oktyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin