REGİONLAR


DÖVLƏT TORPAQ KOMİTƏSİNİN NÜMAYƏNDƏSİ AFİNADA BEYNƏLXALQ SİMPOZİUMDA İŞTİRAK ETMİŞDİR

AZƏRTAC xəbər verir ki, Yunanıstanın paytaxtı Afinada “Torpaqların idarə olunması, yer quruluşu, torpaq qeydiyyatı və qanunsuz tikililərə qarşı mübarizə” mövzusunda beynəlxalq simpozium öz işini başa çatdırmışdır.
Avropa İqtisadi Komissiyasının keçirdiyi simpoziumda ölkəmizi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yer Quruluşu Layihə İnstitutu direktorunun müavini Divanxan Əhədov təmsil etmişdir. Onun “Azərbaycanda torpaqların idarə olunması” mövzusunda məruzəsi maraqla qarşılanmışdır.
Azərbaycan nümayəndəsi tədbir çərçivəsində bir sıra Avropa, Asiya və Afrika ölkələrinin müvafiq qurumlarından olan həmkarları ilə görüşmüş, fikir mübadiləsi aparmış, əməkdaşlıq perspektivlərini müzakirə etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.