İDMAN


DOYDO-DCUKİ KARATE İDMAN NÖVÜ ÜZRƏ KEÇİRİLƏN RESPUBLİKA ÇEMPİONATINDA 300-DƏN ARTIQ İDMANÇI MÜBARİZƏ APARMIŞDIR

AZƏRTAC xəbər verir ki, dekabrın 29-da Bakıxanov qəsəbəsindəki İsmət Qayıbov adına idman kompleksində Doydo-Dcuki karate idman növü üzrə Azərbaycan çempionatı başa çatmışdır.

Gənclər və İdman Nazirliyinin və Doydo-Dcuki Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda “Neftçi”, “Zenit”, “Azal” cəmiyyətlərinin, həmçinin Kyokuşinkay və Şotokan federasiyalarının 300-dən çox idmançısı iştirak etmişdir. Çempionat gənc və yeniyetmə oğlanlar və qızlar arasında keçirilmişdir.

Turnirin qaliblərinə Gənclər və İdman Nazirliyi və federasiyanın pul mükafatları, diplom və medalları verilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.