İQTİSADİYYAT


DSK: 2021-ci ildə ictimai iaşə dövriyyəsi 23,2 faiz artıb

Bakı, 22 yanvar, AZƏRTAC

2021-ci ildə ictimai iaşə dövriyyəsi əvvəlki illə müqayisədə 23,2 faiz artaraq 979,1 milyon manat olub.

Dövlət Statistika Komitəsindən (DSK) AZƏRTAC-a bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,8 faizi hüquqi şəxslərin, 48,2 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci illə müqayisədə 37,2 faiz artaraq 502,8 milyon manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.