İQTİSADİYYAT


DSK: 2021-ci ilin yanvar-noyabr aylarında qeyri-neft-qaz məhsullarının ixracı artıb

Bakı, 29 yanvar, AZƏRTAC

2021-ci ilin yanvar-noyabr aylarında qeyri-neft-qaz məhsullarının ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 44,1 faiz, real ifadədə 33,8 faiz artaraq 2359,8 milyon dollara bərabər olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,4 faiz), Türkiyəyə (24,8 faiz), İsveçrəyə (8,7 faiz), Gürcüstana (6,1 faiz), Braziliyaya (3 faiz), ABŞ-a (2,8 faiz), Ukraynaya (2,1 faiz), İtaliyaya (1,6 faiz), Qazaxıstana (1,5 faiz), İrana (1,3 faiz), Çinə (1,2 faiz), Belçikaya (1,1 faiz), Türkmənistana (1,1 faiz), Niderlanda (1 faiz), Özbəkistana (1 faiz), Birləşmiş Krallığa (0,9 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.