CƏMİYYƏT


DSMF büdcəsindən əhaliyə 3 milyard manatdan çox ödəniş edilib

Bakı, 12 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri proqnozla müqayisədə 1,4 faiz və ya 46 milyon manat çox olmaqla 3 milyard 287 milyon manat təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, DSMF-nin sosial sığorta daxilolmalarında da artım dinamikası davam edib. Yanvar-iyul aylarında bu daxilolmalarda 1,7 faiz və ya 44 milyon manat artım baş verib, ümumilikdə 2 milyard 609 milyon manat sığorta yığımı həyata keçirilib.

Fondun xərcləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz və ya 182 milyon manat artaraq 3 milyard 53 milyon manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.