CƏMİYYƏT


DSMF ilə Avropa İttifaqının texniki yardım aləti olan Socieux+ arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub

DSMF ilə Avropa İttifaqının texniki yardım aləti olan Socieux+ arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 15 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə Avropa İttifaqının texniki yardım aləti olan Socieux+ arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov Socieux+ proqramı çərçivəsində Fransanın və Finlandiyanın pensiya qurumlarının ekspertləri ilə görüşüb.

Görüş zamanı DSMF sədri ölkəmizdə sosial təminat sahəsində həyata keçirilən islahatlar, əhaliyə göstərilən elektron xidmətlər, son illər görülən işlər və proaktiv pensiya təyinatı ilə bağlı məlumat verib.

Görüşdə, həmçinin sosial təminat sahəsində qarşılıqlı əməkdaşlıq, Azərbaycanda könüllü sosial sığorta haqlarının yığılması üzrə beynəlxalq təcrübənin öyrənilməsi, bu sahədə strategiyanın formalaşdırılması və tətbiqi ilə bağlı müzakirələr aparılıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.