CƏMİYYƏT


DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının fəaliyyətinin bütün ölkəni əhatə etməsi planlaşdırılıb

Bakı, 21 yanvar, AZƏRTAC

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iki ilə yaxındır ki, fəaliyyətdədir. Mərkəzi Filialın əsas fəaliyyət istiqaməti “Əmək pensiyaları haqqında” Qanunun 9 və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına və xüsusi rütbəlilərə, hərbi qulluqçulara verilən müavinətlər istisna olmaqla, digər əmək pensiyalarının, sosial müavinətlərin və Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdlərinin, kompensasiyaların təyinatını, yenidən hesablanmasını, bir növdən digər növə keçməsini mərkəzləşdirilmiş şəkildə həyata keçirən struktur bölmədir. Respublika üzrə təyinat funksiyası Mərkəzi Filial tərəfindən həyata keçirilməsi nəzərdə tutulan mərkəzləşmənin hazırda 90 faizini həyata keçirir.

AZƏRTAC xəbər verir ki, bunu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın direktoru Mail Məmmədov deyib.

M.Məmmədov bildirib ki, 2022-ci ilin birinci rübünün yekununda mərkəzləşmənin tam olaraq həyata keçirilməsi və bütün respublikanı əhatə etməsi nəzərdə tutulub: “Onu da qeyd edim ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında birbaşa vətəndaş qəbulu yoxdur. Vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun, DOST Agentliyi və “ASAN xidmət” mərkəzlərinin müvafiq qəbul şöbələrinə müraciət edirlər. Ötən il ərzində Mərkəzi Filialda təxminən 300 mindən çox sənəd dövriyyəsi olub. Onlardan təxminən 145 mini birbaşa vətəndaş müraciətləri ilə əlaqəlidir. 2021-ci ildə qeydə alınan vətəndaş müraciətlərinin 99.7 faizinə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən müsbət cavab verilib. Nəticədə vətəndaş məmnunluğu təmin edilib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.